İƏT-in Bəyannaməsində Ermənistanda Azərbaycan abidələrinin dağıdılması əksini tapıb
22.10.2022 [18:53]
Oktyabrın 22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin 12-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 57 dövlətdən məsul nazirlər və səlahiyyətli nümayəndələrin iştirak etdikləri iclasda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.
Tədbir üzv dövlətlərin informasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, müasir və qlobal çağırışlar, feyk-nyus və dezinformasiya ilə birgə mübarizə kimi vacib məsələlər müzakirə edilib.
İclasın sonunda İstanbul Bəyannaməsi və müvafiq qətnamə qəbul edilib. Bəyannamə və qətnaməyə Azərbaycan tərəfindən aşağıdakı bəndlər əlavə edilib:
• İƏT Baş Katibliyinin İnformasiya Departamentinə humanitar mina problemi, hərbi təcavüz və münaqişələr nəticəsində İslam mədəni irsinin dağıdılması kimi ciddi çağırışlarla üzləşən üzv dövlətlərə jurnalist səfərlərinin təşkil edilməsinə çağırış edir.
• Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin qəsdən dağıdılması və təhqir olunması kimi səhv hallarının başqa ərazilərdə qarşısının alınması məqsədilə bu kimi məlumatların media və sosial şəbəkələrdə daha geniş yayılmasına çağırış edir.
• Üzv dövlətlərin media qurumlarını qeyri-müsəlman ölkələrində, xüsusilə yerli müsəlman icmalarının etnik təmizləməyə məruz qaldığı ərazilərdə islam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi hərəkətləri haqqında qlobal məlumatlılığı artırmağa çağırış edir.
Sonuncu bənddə Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsinə eyham vurulur.
Bildiyimiz kimi, Ermənistan tarixi Azərbaycan torpaqlarında böyük cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın sökülməsi, o cümlədən İrəvanda Təpəbaşı məhəlləsindəki irsimizin hücuma məruz qalması bəşəri irsə aid olacaq abidələrimizin məhv edilməsi prosesinin tərkib hissəsidir. Ermənilər azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi əvvəllər azərbaycanlıların məşkunlaşdıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirib.
Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib, bir çox mədəni irs nümunələri məhv edilib. İndiki Ermənistan ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində hazırda bu ölkədə bir nəfər də azərbaycanlı belə qalmayıb. Ermənistan tərəfindən həyata keçirilmiş mədəni soyqırımı azərbaycanlıların etnik təmizlənməsi ilə müşayiət olunub. Ermənilər bu gün də Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirirlər.
İstanbulda qəbul edilən bəyanat və qətnaməyə Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsi ilə bağlı bəndin daxil edilməsi beynəlxalq aləmin, o cümlədən qeyri-müsəlman ölkələrin diqqətini bu məsələyə çəkmək baxımından çox önəmlidir. Bu sənəd Azərbaycanın ermənilər tərəfindən silinməkdə olan tarixi-mədəni irsinin beynəlxalq təşkilatlarda qaldırılması, məsələnin qlobal platformalarda müzakirəyə çıxarılması üçün baza rolunu da oynaya bilər. Bundan əvvəl Ermənistandakı Azərbaycan irsinin və ölkəmizin işğaldan azad edilmiş torpaqlarında dağıdılmış mədəni abidələrin araşdırılması məqsədilə missiyanın göndərilməsi üçün UNESCO-ya da müraciət olunub. Təəssüf ki, bu təşkilat tərəfindən sözügedən istiqamətdə indiyədək hər hansı bir addım atılmayıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

