30 il sonra qovuşduğumuz Suqovuşan...
25.10.2022 [11:11]
2 ildir ki, idman yarışlarına ev sahibliyi edir
Yolumuz şanlı Azərbaycan Ordusunun iki il öncə işğaldan azad etdiyi Suqovuşan qəsəbəsinədir. Suqovuşan Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. Qapısı üzümüzə bağlanan bu bənzərsiz qəsəbəyə 30 ildir ki, həsrət qalmışdıq.
“Şükür qovuşdurana”
Saatlar saatı, dəqiqələr dəqiqəni əvəz edir. Tərtər rayonundan Suqovuşana 28 km yolumuz qalıb. Suqovuşan və Talış kəndlərinə gedən yolla irəlilədikcə insan fərəh hissi keçirir. Müasir tələblərə uyğun çəkilən rahat yollar bizi addım-addım ünvana çatdırır. Suqovuşanın tarixi əzəmətinin bərpası işlərinə məhz yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə start verilmişdi. Bu yollar cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda Prezidentin Sərəncamı ilə çəkilmışdı. Deyilənə görə, hələ dünyanın heç bir yerində müharibənin qızğın dövründə yol çəkilməmişdi.
Azərbaycanın bir çox guşəsini gəzib dolanmışam, amma heç birində bu qədər həyəcanlı olduğumu xatırlamıram. Görünür, ilk dəfə Qarabağa getməyin sevincini və həsrətini yaşayıram. Suqovuşana yaxınlaşdıqca mənzərə daha valehedici olur. Təbiətin gözəlliyi, füsünkarlığı daha da artırdı. Sanki, gözəllik içərisindən başqa bir gözəllik açılırdı. Hava soyuq olsa da, göyün üzü daha təmiz, günəş daha parlaq görünürdü. Yer-göy belə xoşbəxtlikdən dil açıb danışırdı. Dağların arasında yerləşən bu diyar öz füsünkar və təkrarolunmaz təbiəti ilə qonaqlarını salamlayır, sanki “Xoş gəlmisiniz” deyirdi.
Beləcə, Qarabağla ilk tanışlığım başladı. Yerə qürur və fərəh hissi ilə, ən əsası qalib ölkənin vətəndaşı kimi basdığımı hiss edirəm. İki il öncə işğaldan azad olunması ilə bağlı müjdəli xəbəri işıqlandırdığım Suqovuşanın bu gün havasını uduram. Doyunca ciyərlərimə çəkib “Şükür qovuşdurana” deyirəm. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, deyirlər.
Suqovuşandan sonra Qarabağa da qovuşduq!
Həm hərbi, həm də iqtisadi baxımdan strateji mahiyyət kəsb edən Suqovuşan Azərbaycanın “Brest” qalası hesab edilir. Suqovuşanın xalqımız üçün daha bir əhəmiyyəti var. Suqovuşan döyüşü İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan 44 günlük Vətən Müharibəsində ilk azad edilən strateji məntəqə kimi tarixə düşdü. Bu xoş müjdəni tvitter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Müharibənin ilk günlərindən Suqovuşanın işğaldan azad edilməsi ordumuzun qələbəyə olan inamının artmasına təkan verən mühüm dönüş anı oldu. Qarabağın 30 illik bağlı qapılarını üzümüzə açdı. Nahaq yerə, Suqovuşanı “Qarabağın açarı” adlandırmırlar.
Prezident İlham Əliyev 2020-ci ilin oktyabrın 4-də xalqa müraciəti zamanı deyirdi: “Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.
Beləliklə, Vətən müharibəsinin yeddinci günündə Suqovuşan azadlığına, xalq isə torpaqlarına qovuşdu.
İşığa can atan Suqovuşan
Suqovuşan “İşığa can atan durna qatarı” kimi idi. Bu qatar 30 ildən çoxdur ki, işıqlı günlərin xəyalını qururdu. O gün gəldi yetişdi. Öncə yolumuz açıldı, sonra işığımız çəkildi... İşğaldan azad olunmuş ərazilər qısa zamanda elektrik enerjisi ilə təchiz edildi. “Tezliklə Suqovuşanda da Azərbaycan işığı yanacaq” deyə xəyal qururduq ki, gerçək oldu.
Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi, qəsəbəsinin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edildi. Suqovuşan, sözün əsl mənasında, aydınlığa çıxdı.
Bundan başqa, kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1, Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Suqovuşan su anbarının azad edilməsi bu kanaldan istifadə etməyə də imkan yaradıb. Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub. Bu da rayonlarda təsərrüfatın inkişafına və bol məhsul yetişdirilməsinə səbəb olub. Cari ilin doqquz ayında həmin rayonlara 240 milyon kubmetrdən artıq suvarma suyu verilib.
Üç rəngə boyanmış qəsəbə
İndi Suqovuşanda üçrəngli bayrağımız məğrurcasına dalğalanır. Dövlət başçımızın qəsəbədə ucaltdığı üçrəngli bayrağımız və Suqovuşanımız bu gün igid və şücaətli Azərbaycan əsgəri tərəfindən qorunur. Şanlı bayrağımız dalğalandıqca hər birimizdə qürur hissi yaranır. Beləliklə, Suqovuşan tarixi əzəmətini bərpa edir, sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşur.
Turizm məkanına çevriləcək
Suqovuşan macəra axtaranları özünə cəlb edən bənzərsiz bir qəsəbədir. Ərazinin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, su anbarı görənləri özünə heyran qoyur. Bir baxan, bir də baxmaq istəyir. Buranın turizm zonasına çevrilməsi üçün hər cür imkanlar var. Bu məqsədlə də, Suqovuşanda turizmin inkişafı məqsədilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 20-də Suqovuşana səfəri zamanı Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.
Tezliklə qəsəbə minalardan təmizlənəcək, dağıdılmış tikililərin qalıqları yığışdırılacaq, daha sonra, abadlıq işlərinə başlanacaq və əraziyə uyğun bitkilər əkiləcək. Sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Suqovuşana dünyanın dörd bir yanından turistlər axın edəcək.
Suqovuşanda idman bayramı keçirilib
Suqovuşan turizm ilə yanaşı, idman oyunları mərkəzinə də çevrilir. Bu günlərdə Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasiminin keçirilməsi bir daha bu fikri qüvvətləndirmiş oldu. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil etmişdi.
Vaxt-vədə yetişdi. Qayıtmağa hazırlaşırdıq ki, Suqovuşanda yağış yağmağa başladı. Sanki, arxamızca su atırdı ki, yenə gələk.
Müşfiqə BAYRAMLI
Bakı-Suqovuşan-Bakı
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43

