BMT Təhlükəsizlik Şurasında...
25.05.2023 [10:29]
Erməni yalanları növbəti dəfə ifşa olundu
N.BAYRAMLI
Nyu-Yorkda İsveçrənin sədrliyi ilə BMT-nin Təhlükəsizlik Şurasında “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusunda toplantı keçirilib. Toplantının açıq müzakirələr hissəsində çıxış edən Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorqyan Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Gevorqyan deyib ki, guya Azərbaycan altı aydan artıqdır Qarabağı blokadada saxlayıb və bu da humanitar problemlərə səbəb olub. Erməni diplomat Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını da Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olduğunu iddia edib. Gevorqyan erməni ənənəsinə sadiq qalaraq yenə də Qarabağla bağlı hansısa beynəlxalq zəmanətdən, guya Azərbaycanda ermənilərə qarşı nifrətin dərinləşməsindən danışıb.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev erməni diplomatın yalan üzərində qurulmuş çıxışını faktlarla ifşa edib. Yaşar Əliyev çıxışında bildirib ki, ölkəmizə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törədib, nəticədə on minlərlə dinc sakin həlak olub, kütləvi etnik təmizləmə aparılıb, yaşayış məntəqələri dağıdılıb və mədəniyyət məhv edilib. Diplomat deyib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir: “Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”. Daimi nümayəndənin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturu hədəfə alıb. O, münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.
Yaşar Əliyev Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata toxunaraq vurğulayıb: “Həmin bəyanatda Laçın-Xankəndi yolunun “blokadası”, Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, “soyqırımı niyyəti” ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir. Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

