Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində 41 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində 41 dərəcə isti olacaq

08.07.2023 [13:16]

Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31