Fərqli güclər, oxşar maraqlar
24.08.2023 [11:44]
M. Köhnəqala
BRİCS qrupu 2006-cı ilin sentyabrında yaradılıb. Təşkilatın maliyyə qurumu olan Yeni İnkişaf Bankı (NDB) öz valyuta ehtiyatları ilə Beynəlxalq Valyuta Fonduna alternativ sayıla bilər. BRİCS əsasən ABŞ-ın qlobal liderliyinə qarşı çıxan və Qərb ittifaqlarına, xüsusən də G7-yə qarşı tarazlıq yaratmağa çalışan qrup kimi qəbul edilir. Təşkilat beynəlxalq arenada Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxmaqla Ağ Evin Ukrayna ilə bağlı strategiyasına maneələr yaradır. İqtisadi baxımdan isə BRİCS dolların dünyanın defolt valyutası rolunu zəiflədərək ABŞ-ın dünya üzərində hakim mövqeyini sarsıtmağa çalışır. Qrup üzvləri bu niyyətlərini açıq şəkildə elan edir və Qərbə qarşı alternativ güc rolunu oynamağa iddialı olduqlarını bildirirlər.
Sözsüz ki, bu gün BRİCS nəhəng bir gücdür və dünya əhalisinin 41%-ni, dünya üzrə ümumi daxili məhsulun 31,5%-ni, dünya ticarətinin isə 16%-ni təşkil edir. Üstəlik, BRİCS-in tərkibinin genişlənməsi və inkişafda olan ölkələrin quruma marağının artması təşkilatın yaxın gələcəkdə Qərbin alternativinə çevriləcəyini göstərir.
Yohannesburq sammiti Vaşinqtonda və Avropa İttifaqı ölkələrində diqqətlə izlənilir. Çünki blok İran, Kuba, Venesuela kimi ölkələri özünə cəlb etməklə anti-amerikan mövqeyini daha da gücləndirməyə çalışır.
Lakin analitiklər hesab edirlər ki, yeni üzvlər cəlb etməzdən öncə BRİCS ölkələri öz aralarında olan ciddi fikir ayrılıqlarını aradan qaldırmağa məcburdur. Elə sammitin əsas məqsədi də budur.
Böyük Britaniyanın nüfuzlu “Economist” jurnalı isə yazır ki, hazırda BRİCS bloku G7-dən qat-qat heterogendir: “Qrup üzvləri siyasi, iqtisadi və hərbi güc baxımından bir-birindən fərqlənir. Təşkilatın genişlənməsi ilə üzv dövlətlər arasındakı ziddiyyətlər də artacaq. Bu isə o deməkdir ki, BRİCS Qərbin yönəltdiyi beynəlxalq nizamı sərt şəkildə tənqid etsə də, alternativə çevrilmək onun üçün çox çətin olacaq”.
“Economist”in təhlilinə görə, BRİCS ölkələri arasında ən kəskin fərqlər iqtisadi sahədədir. Blokun ən yoxsul üzvü olan Hindistanda adambaşına düşən ÜDM Çin və Rusiyada adambaşına düşən ÜDM-in təxminən beşdə birinə bərabərdir. Sonuncuların cari balansı müsbət, qalanlarınkı isə mənfidir. OPEC+ kartelinin mühüm qüvvəsi olan Rusiya və Braziliya xalis neft ixracatçılarıdır, digər üç ölkə isə sadəcə idxaldan asılıdır. Çin öz valyutasının məzənnəsinə aktiv şəkildə nəzarət edir, digər dörd ölkə isə bu məsələdə daha zəif rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

