Milli Məclisdə Asiya Parlament Assambleyasının komitə iclası keçirilib
22.09.2023 [11:20]
Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb
Sentyabrın 21-də Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak ediblər.
Toplantıda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyaya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi uzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılıb.
Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb
Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında qurumun baş katibi Muhammed Reza Məcidi Azərbaycanın təşkilata sədrliynə namizədliyini dəstəklədiyini bildirib: “Asiya Parlament Assamleyasına üzv dövlətləri Azərbaycanın sədrliyinə öz dəstəyini verməyə çağırıram”.
Asiya Parlament Assambleyasının sədrinin təmsilçisi, Türkiyənin qurumdakı nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Milli Məclisdə keçirilən Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır. Onun sözlərinə görə, hər iki qardaş xalq bir-birini hər zaman dəstəkləyir: “Qarabağın işğalı bizi üzdüyü kimi, həmin ərazilərin azad edilməsi də bizi olduqca sevindirir”.
Abdulkadir Emin Önen bildirib ki, Türkiyə Asiyada olan partnyorları ilə birgə işləməyə hazırdır: “Ölkəmiz bu qitədə yeni təşəbbüslər həyata keçirir. Belə ki, Türkiyə qlobal təşəbbüslər irəli sürərək beynəlxalq əməkdaşlıqları daha ədalətli şəkildə həyata keçirməkdə məqsədlidir. Asiyada sosial məsələlərdə əməkdaşlığı təşviq etməliyik. Türkiyə regiondan ən çox miqrant qəbul edən ölkədir. Lakin bu məsələdə birgə əməkdaşlığa ehtiyac var. Bu yolla da uzunmüddətli sabitlik təmin edilmiş olsun”.
Beynəlxalq konfransın iştirakçıları Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı bildirib ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdı. Bu təxribatlara cavab olaraq, ölkəmiz regionda lokal antiterror tədbirlərinə başladı
Onun sözlərinə görə, bu tədbirlərin məqsədi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərk-silah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olmuşdur.
Milli Məclisin sədri bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal antiterror əməliyyatlarının dayandırılması barədə razılıq əldə olunub.
Spiker erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayan dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.
Sahibə Qafarova Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyini xatırladıb. O, deyib ki, razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəklidir.
Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.
Yevlax görüşündən gözləntilər
Spiker sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb.
O bu təxribatlara cavab olaraq ölkəmizin regionda lokal antiterror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.
S.Qafarova bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Milli Məclisin sədri erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.
Suverenliyə və ərazi bütövlüyünə hörmət
Spiker Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyi nəzərə çatdırıb: “Suverenliyə və ərazi bütövlüyünə hörmət bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyardır. Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəklidir”.
S.Qafarova vurğulayıb ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

