Səkilər piyadalar üçündür, avtomobil yox!
10.10.2023 [16:34]
M.BAYRAMLI
Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi faktı ilə demək olar ki, hər gün qarşılaşırıq. “Necə gəldi, harada gəldi” məntiqi ilə piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər. Xüsusilə də axşam saatlarında piyada səkiləri tamamilə avtomobillər tərəfindən tutulur. Nəticədə piyadalar ciddi əziyyət çəkir və haqlı olaraq narazılıqlarını dilə gətirirlər.
Bir sıra Avropa ölkələrində də yanlış parketmə problemləri mövcuddur. Bununla belə, nəqliyyat vasitələrini təsadüfi yerdə saxlayanlara xüsusi xəbərdarlıq və cərimələr edilir. Məsələn, “Saxlamaq qadağandır!” qadağasına məhəl qoymamaq 10, əlillər üçün dayanacaqda parkinq isə 35 Avrodur. Yanlış park edən sürücülər həmişə xəbərdarlıq və ya cərimə ilə yaxalarını qurtara bilməzlər. Bələdiyyə polisi və ya yol polisinin avtomobilləri yanlış park edilmiş yerdən çıxarmaq hüququ var. Belə olan halda ödəniləcək məbləğ 3 rəqəmə qədər çatır. Sürücülər parketmə cəriməsindən əlavə, təxliyyə xərclərini, habelə bələdiyyə vergisini də ödəməli olurlar.
Ölkəmizdə də avtomobillərin səkiləri zəbt etməsi problemini daim diqqətdə saxlanılır. Bu günlərdə avtomobillərini səkidə saxlayan sürücülərə qarşı reyd keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb. Bildirilib ki, səkiləri zəbt edən avtomobillərin sürücüləri məsuliyyətə cəlb edilib.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkədə həm parklanma yerlərinin təşkili ilə bağlı, həm də dayanma-durma yerlərinin müəyyən edilməsi ilə bağlı ciddi problemlər var. Onun sözlərinə görə, sürücülər piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişmə nöqtəsinə yaxın yerlərdə, zebra xətti üzərlərində, ümumiyytlə, qadağan edilmiş ərazidə avtomobillərini park edirlər, bu da yolun daralmasına səbəb olur: “Qeyd olunan məsələlər bəzi sürücülərin yol hərəkəti qaydalarına biganə yanaşmasından, yollarda başqalarını nəzərə almamasından, öz maraqlarını üstün tutmasından irəli gəlir. Sürüclərdən sadəcə yol hərəkəti qaydalarına riayət etmələri tələb olunur. Onlar bilməlidirlər ki, səkilər piyadaların hərəkəti üçün nəzərdə tutulub. Belə olan halda piyadalar da yol hərəkəti hissəsi ilə getməyə məcbur olurlar. Nəticədə də çox ciddi təhlükələr yaranır. Digər tərəfdən yol polisləri də ciddi nəzarət etməlidir. Dayanma və durma qaydasını pozmaya görə sürücülərə cərimə yazılmalıdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə görə, səkidə park edilmiş avtomobil evakuasiya edilməli, cərimə meydançasına yerləşdirilməlidir. Düşünürəm ki, bu tədbirlər icra olunsa, həmin avtomobilləri biz artıq səkilərdə görmərik”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

