/ / Ceyhun Bayramovun BMT Baş katibinə məktubu Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılıb
Ceyhun Bayramovun BMT Baş katibinə məktubu Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılıb
12.10.2023 [14:09]
Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərk-silah edilməsinə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanlandığı məktub və tərk-silah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Nazirlikdən bildirilib ki, məktubda Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib.
Bu kontekstdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərk-silah prosesi, demobilizasiya və reinteqrasiya səyləri barədə məlumat verilib.
Qanunsuz erməni birləşmələrinin tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların həcminin Azərbaycanın suveren ərazilərinin hərbiləşmiş zonaya çevrilməsinin, habelə üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı olaraq genişmiqyaslı dağıdıcı silah-sursatla təmin olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başladılan və son 3 ildə davam etdirilən bölgədə sülhün və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi səylərinə xələl gətirdiyi vurğulanıb.
Məktubda, həmçinin ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası çərçivəsində ölkəmiz tərəfindən görülən işlərdən bəhs edilib. Lokal xarakterli antiterror tədbirləri yekunlaşdıqdan dərhal sonra reinteqrasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupun yaradıldığı, sentyabrın 21-də Yevlax görüşünün keçirildiyi, sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.
Habelə məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.
Sonda ölkəmizin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusion çərçivəsinə reinteqrasiyası istiqamətində səylərə sarsılmaz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmiş istənilən səyləri qətiyyətlə rədd etməyə və dinc yanaşı yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

