Azərbaycan XİN rəhbəri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
12.10.2023 [14:10]
Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasda Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlantılar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.
Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda, 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğu, bu xüsusda qələbənin qazanılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçiriləcək tədbirlərlə bağlı planın qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək, bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmələr planının münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.
MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmiryolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirin yekunlarına dair sənədlər qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

