Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı elektron portalın təqdimatı keçirilib
24.10.2023 [20:32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Bu tapşırıqdan irəli gələrək oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və səmərəli təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri) Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarımilliyi üzrə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib.
Sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat verilib və hesabatla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.
İclasın yekununda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hazırlanmış hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

