Prezident təqaüdçüsü: Əslində, bu nəticəni gözləyirdim
25.10.2023 [15:26]
MÜŞFİQƏ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Həmin gənclərdən biri də Cavid Nəzərovdur. 17 yaşlı Cavid Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. 692.8 balla Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” fakültəsinə qəbul olub. Hazırda ingilis dilində təhsil alır.
O, öz təəssüratlarını yeniazerbaycan.com-a bölüşüb: “102 tələbədən biri olaraq Prezident təqaüdünə layiq görülmüşəm. Xəbəri eşidərkən sevinc və qürur hissləri keçirdim. Düşünün ki, respublikada 102 tələbədən biri sən seçilirsən. Prezident təqaüdünü qoruyub saxlamağın özü də böyük məsuliyyətdir. Əslində, gözlədiyim nəticə idi. Hər zaman dərslərimdə digər şagirdlərdən seçilmişəm, olimpiada və fənn müsabiqələrində iştirak etmişəm, üstəlik, yüksək bal toplayaraq ali məktəbə qəbul olmuşam. Bununla da təqaüdə layiq görüləcəyimi bilirdim”.
Hazırda BANM-da “İnformasiya təhlükəsizliyi” fakültəsində təhsil alan tələbə bu ixtisası seçmə səbəbini də açıqlayıb. Onun sözlərinə görə, inkişafda olan sahələrdən biri də informasiya təhlükəsizliyidir. Bu ixtisası seçərkən ətraflı araşdırdığını və qərar qəbul etdiyini deyir. Gələcəkdə bu sahə üzrə peşəkar kadrlardan biri olacağına əmindir: “Gənclərə də məsləhət edərdim ki, dəsrlərində çalışqan olsunlar, ruhdan düşməsinlər. Əsas olan məğlubiyyət deyil, məğlubiyyətdən dərs çıxarmaq və yoluna davam etməkdir”.
Qeyd edək ki, Prezident təqaüdçülərinin ali məktəblər üzrə siyahısına görə BANM birinci yerdədir. Bu il 29 tələbə təqaüdə layiq görülüb.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17

