117 yaşlı “Füyuzat”
01.11.2023 [12:26]
Aysu
“1906-cı il noyabrın 1-dən 1907-ci il noyabrın 1-ə qədər 32 sayı işıq üzü görsə də, “Füyuzat” jurnalı mətbuat tariximizdə mühüm izlər qoydu. Maarifpərvər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə dərc olunan ictimai jurnalda baş redaktor Əli bəy Hüseynzadə ilə yanaşı, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqalarının müxtəlif mövzularda yazıları dərc olunurdu.
“Füyuzat”ın 1-ci sayı dərc olunmazdan əvvəl onun haqqında ilk məlumata “Həyat” qəzetində rast gəlirik. “Həyat” qəzetinin son nömrəsində verilmiş elanda qeyd olunur:
“Həyat” qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə qəribən “Füyuzat” namilə ədəbi-fənni, ictimai-siyasi bir həftəlik məcmuə intişarə başlayacaqdır...”
Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:
"Məcmuəmizə "Füyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Füyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır."
“Füyuzat” - mənşəcə ərəb sözüdür və həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. Abdulla Şaiq “Füyuzat”ı “islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi qiymətləndirirdi. Jurnal qısa müddətdə göstərdiyi fəaliyyətlə aşağıdakı nailiyyətləri əldə etməyi bacardı:
* füyuzatçılıq jurnalistika məktəbi yarandı;
* eyni adlı ədəbi cərəyan yarandı;
* Azərbaycanda müstəqil dövlət ideyasını alovlandırdı;
* konstitusiyalı azad vətəndaş cəmiyyəti ideyasını yaratdı;
* Azərbaycanda neoromantizmin əsasını qoydu və s.
“Füyuzat” jurnalı “türkləşmək, avropalaşmaq (müasirləşmək) və islamlaşmaq” ideyası altında yazılar dərc edir, türk xalqlarının mənəvi birliyinin təcəssümü olaraq turançılıq ideologiyasını təbliğ edirdi. “Füyuzat” təkcə Azərbaycanda deyil, bütün türk dünyasında maariflənmə, türkçülük və millətçilik ideyalarının yayılmasına çalışırdı. Buna görə də çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdülər.
“Füyuzat” jurnalı dilinin qəliz olmasına görə tənqid olunurdu. Halbuki jurnalın bütün saylarında dilin mükəmməlləşdirilməsinə çalışılıb. Onun dilinin tədqiq olunması və bu məsələnin aydınlaşdırılması ilə bağlı hazırda çoxlu məqalələr, kitablar mövcuddur.
Jurnalın türkləşmək, islamlaşmaq və avropalaşmaq (müasirləşmək) ideyası bu gün azərbaycançılıq və müasirlik doktrinasının yaranmasında mühüm rol oynayır. Jurnalda dərc olunan yazıların tədqiqi və hərtərəfli öyrənilməsi müasir dövrümüzdə də aktual məsələlərdəndir.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

