“Paklar diyarı”…
02.11.2023 [13:58]
Pakistanın adının dəyişdirilməsindən 70 il ötür
Yeganə BAYRAMOVA
Pakistan Cənubi Asiyada əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdə olan dövlətdir. Əhalisinin sayı 212 milyondan çox olan ölkənin paytaxtı İslamabad, ümumi sahəsi isə 881,913 kvadrat kilometrdir.
“Paklar diyarı”
Ölkəyə Pakistan adı 1933-cü ildə siyasi fəal Çaudhri Rəhmət Əli tərəfindən verilib. Mənası isə “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da var. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P” – Pəncab, “a” – afqan, “k” – Kəşmir, “İ” — İndus çayı və islam dini, “s” – Sindi, “tan” isə — Bəlucistan deməkdir.
70 il öncə…
Pakistan İslam Respublikasının 1-ci General-qubernatoru Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan hərəkatı və yarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etdi. Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Bu gün ölkənin adının Pakistan İslam Respublikası olaraq dəyişdirilməsindən 70 il ötür. Belə ki, Pakistan Konstitusiya Məclisi 1953-cü il noyabrın 2-də ölkənin adının dəyişdirilməsi üçün müvafiq qərar qəbul edib.
Pakistan 1956-cı ildə Konstitusiyanı qəbul edib, beləliklə, İslam Respublikasına çevrilib. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnib. 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni Konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.
Məlum olduğu kimi, Azərbaycanın çoxşaxəli münasibətlər qurduğu ölkələr sırasında Pakistanın xüsusi yeri var. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43

