Cərimələrinizi ödəyərkən diqqətli olun!
04.11.2023 [12:56]
MÜŞFİQƏ
“Dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq yenə də DYP cəriməsini "Asan cerime" adlı səhifədən ödəmək istəyən vətəndaşın kartından əlavə pul çıxarılıb, cərimə isə olduğu kimi qalıb”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Rövşən Tağıyev özünün hesabında paylaşım edib. Onun sözlərinə görə, şəxs dayanma-durma qaydalarını pozduğu üçün gələn cəriməni ödəmək istəyən zaman dələduzluqla üzləşib. Zərərçəkmiş şəxs bildirir ki, "asan cerime" adlanan saxta instaqram hesabı və orada "ödəniş" üçün yerləşdirilən bölmə rəsmi qurumların sosial şəbəkələrdəki səhifələrinə çox oxşayıb. Vətəndaş elə bu səbəbdən də aldandığını deyir. Məsələ ilə bağlı polisə də məlumat verilib.
Hadisədən də aydın olduğu kimi, sosial şəbəkələrdə, xüsusən "Instagram" platformasında pullu xidmət qarşılığında dələduzluq halları artıb. Kimisi sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir, kimisi izləyici sayı çox olan səhifələri satışa çıxarır, lakin ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim etmir, kimisi də virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə vətəndaşlarımızı aldadır. Əfsuslar olsun ki, bu kimi "xidmət"lərdən istifadə edənlərin sayı az deyil, hətta durmadan artır.
Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmaq, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməmək və şəxsi məlumatları, fotoları kənar şəxslərlə paylaşmamaq tövsiyə olunur. Sosial şəbəkələrdə daha ayıq-sayıq və diqqətli olmaq lazımdır. Bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlərsiniz.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

