Dövlətimiz, xalqımız qalib kimi dünyada öz nüfuzunu möhkəmləndirdi
14.11.2023 [12:15]
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilmiş mesajlar tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan II Qarabağ müharibəsi ərazi bütövlüyünü təmin etdi. Tarixi Şuşa şəhərinin azad edilməsindən bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Bu tarixi qələbə Azərbaycan xalqının milli həmrəyliyi, uzun illər ərzində aparılan uğurlu siyasətin nəticəsində əldə edildi. Sözsüz ki, Ulu Öndər Heydər Əliyev strategiyasını böyük uğur və əzmlə davam etdirən Müzəffər Ali Baş Komandanın praqmatik siyasəti, qətiyyəti həlledici amil idi. Sözü və əməli bir olan Prezident İlham Əliyevin prinsipial mövqeyi Azərbaycan xalqının ümidlərini reallığa çevirdi. 20 il öncə Prezident seçilərkən və Ulu Öndər Heydər Əliyevdən sonra bu tarixi missiyanı üzərinə götürərkən, cənab Prezident Azərbaycan xalqına vermiş olduğu bütün sözləri yerinə yetirdi. Cənab Prezidentin uğurlu strategiyası nəticəsində Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Dövlətimiz, xalqımız qalib kimi dünyada öz nüfuzunu möhkəmləndirdi.”
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, bu tarixi qələbəni xalqımıza bəxş edən Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Silahlı Qüvvələrimiz oldu: “Mərd oğullarımız döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Bu, olduqca böyük bir tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. Ordumuzun 44 günlük döyüş əməliyyatının hər biri böyük qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Bu xüsusda Şuşa əməliyyatı müasir Azərbaycan tarixinə bir qəhrəmanlıq dastanı kimi düşdü. Qəhrəmanlarımızın qarşısında duruş gətirə bilməyən düşmən ordusu qaçmaqla, döyüş meydanında uzaqlaşmaqla fərarilik etdi. Azərbaycan Ordusunda isə bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi. Sözsüz ki, bu amil Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini dünyaya nümayiş etdirdi. Bu müharibənin başlaması isə Ermənistanın işğalçılıq niyyətindən çəkməməsi davamlı olaraq təxribatları ilə bağlı idi. Fakt odur ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Beləliklə də illər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər isə faktiki olaraq vəziyyəti dondurmağa çalışır və Azərbaycan xalqının bu arzuolunmaz vəziyyətlə barışacağını düşünürdülər. Amma bunlara rəğmən Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi”.
Millət vəkili 27-i sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması hərbi əməliyyatların başa çatması bundan sonra siyasi-diplomatik müstəvidə atılacaq addımların prinsipiallığını müəyyənləşdirdi: “Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi. Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. Döyüş meydanında qələbə qazanmasına baxmayaraq II Qarabağ müharibəsindən sonra da ölkəmizdə Ordu quruculuğu prosesi böyük uğurla davam edib. Azərbaycan Ordusunun ən müasir silah-sursat texnikası ilə təchizatı, şəxsi heyətin peşəkarlığını daha da artırılması üçün bütün zəruri addımlar atılır. Məhz II Qarabağ müharibəsindən sonra Ermənistanın təxribatı fonunda Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi. Əslində bu hərbi əməliyyatlar Ermənistanın siyasi rəhbərliyini kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etmələri üçün verilən siqnal idi. Amma hər zaman olduğu kimi erməni tərəfi bu dəfə də reallığı dərk etməyərək işğalçılıq mahiyyətindən əl çəkmir, Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr saxlayır, separatizmi himayə edirdi”.
Deputat həmçinin vurğulayıb ki, nəhayət 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun böyük peşəkarlıqla, heç bir mülki obyektə və şəxsə zərər vurmadan həyata keçirdiyi lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə yeklunlaşdı: “8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu erməni silahlı qüvvələri məğlub etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdisə, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətin təmin olunması ilə ərazi bütövlüyümüz tam bərpa edilmişdi. 2023-cü sentyabrın 20-də qələbə ilə yekunlaşmış lokal antiteror tədbiləri isə dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı. Azərbaycan ərazisində separatizmə birdəfəlik son qoyuldu. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edildi. Təbii ki, bu tarixi uğurlar heç də qısa zamanda əldə edilə bilməzdi. Son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu praqmatik siyasət məhz bu reallığın təmin edilməsinə, tarixi qələbənin yaxınlaşmasına hesablanmışdı. Qələbənin əldə edilməsində isə güclü ordu, güclü iqtisadiyyatla yanaşı vətənpərvərlik amili başlıca prinsipdir. Vətənpərvər qəhrəmanlarımızın rəşadəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü suverenliyini bərpa etdi, regional və qlobal miqyasda yeni bir reallıq yaratdı”.
S. Hüseynova bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi: “Vaxtilə bu tarixi Azərbaycan torpaqlarından xalqımıza, dövlətimizə qarşı hədə-qorxu gələnlər öz layiqli cəzalarını aldı. Qarabağ Azərbaycandır! deyimi öz prinsipiallığını təmin etdi. Ermənistan və ona havadarlıq edənlər Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilmədi. Tarixi ədalət bərpa və beynəlxalq hüquq bərpa edildi.”
Deputat Ali Baş Komandan tərəfindən Xankəndidə təşkil edilən qələbə paradında verilmiş mesajın əhəmiyyətinə toxunub: “Bu Ermənistan rəhbərliyinə revanşistlərə, Ermənistanın arxasında dayanan qüvvələrə açıq xəbərdarlıq idi. Bəyan edildi ki, Azərbaycana qarşı məkrli plan quranlar Xankəndidə təşkil olunmuş Zəfər Paradına nəzər yetirsin. Çünki Azərbaycan indi yeni bir reallıq yaradıb. Bu reallıq ölkələrin ərazi bütövlüyü, suverenliyi fonunda sülhü təşviq edir. Azərbaycan heç də yeni müharibə aparmaq arzusunu deyil, sülh, əməkdaşlıq istiqamətində əlaqələrin inkişafını zəruri amil kimi önə çəkir.”
Nardar
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

