Vamiq Məmmədəliyev: Qalib xalq kimi öz qalib Liderini seçmək qürurverici haldır
25.01.2024 [10:30]
“Ötən əsrin sonlarında doğma Azərbaycanımızın başına gətirilmiş müsibətlərin, dilbər guşəmiz, mədəniyyət beşiyimiz Qarabağımızın işğalının canlı şahidi, bütün bu ağrı-acını illərlə qəlbində yaşamış insan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə qazandığımız möhtəşəm zəfər mənim üçün sonsuz qürur və yaşam mənbəyi oldu. Mən onda da deyirdim və hər zaman təkrar edirdim ki, tələsmək olmaz, hər şeyin bir vaxtı və zamanı var. Tarix göstərdi ki, həqiqətən də yanılmamışıq. 2023-cü ilin sentyabrında antiterror əməliyyatları nəticəsində Xankəndimiz və işğalda olan digər torpaqlarımız da azadlığına qovuşdu və bu gün biz ərazi bütövlüyünü təmin etmiş qəhrəman xalqın nümayəndəsi kimi nəhayətsiz fəxr hissi ilə ilk dəfə ölkəmizin bütün bölgələrində keçiriləcək prezident seçkilərinə hazırlaşırıq. Qalib xalq kimi öz qalib Liderini seçmək qürurverici haldır”.
Bu fikirləri Xalq artisti, professor Vamiq Məmmədəliyev deyib. O qeyd edib ki, bu qələbə sevinci, zəfər qüruru Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən və cəsarətli siyasətinin nəticəsidir:
“Cənab İlham Əliyev xalqımızı çoxillik ağrı-acıdan, Vətən həsrətindən xilas etdi, bir milyondan artıq məcburi köçkünü öz doğma yurd-yuvalarına qaytardı. Bu, müasir dünyamızda görünməyən bir hadisə idi. Azərbaycan tarixinin son 200 ildən artıq zamanında isə belə bir qələbə yaşanmamışdı”.
Xalq artisti Azərbaycan mədəniyyətinin, incəsənətinin bugünkü inkişaf tempindən də danışaraq bildirib ki, Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi böyük qayğı və diqqət, fəxri adların, fərdi təqaüdlərin və mükafatların verilməsi, habelə, mənzil şəraitinin yaxşılaşdırılması kimi məramı mədəniyyət xadimləri üçün yaşamaq və yaratmaq stimuludur: “Ömrümü, illərimi keşiyində dayandığınız muğam sənətinin inkişafına həsr edən sənətkar kimi daim Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısını hiss etmişəm. Məhz bu qayğının nəticəsində Azərbaycan mədəniyyəti özünün ən böyük inkişaf dövrünü yaşayır, bütün dünyada tanınır”.
“Bütün bunlara görə, biz Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Yaxın günlərdə baş tutacaq prezident seçkilərində, şübhəsiz, cənab İlham Əliyevə dəstək olacağıq. Xalqımızı da Azərbaycanı bütün sahələrdə davamlı inkişafa aparan vahid Liderimiz İlham Əliyevə səs verməyə çağırıram”,-deyə Xalq artisti V.Məmmədəliyev əlavə edib.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

