Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İHA: “İşğaldan azad edilən ərazilərdə ilk dəfə seçki keçiriləcək”

İHA: “İşğaldan azad edilən ərazilərdə ilk dəfə seçki keçiriləcək”

03.02.2024 [12:52]

Türkiyənin nüfuzlu “İhlas” Xəbər Agentliyi (İHA) bu il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən bəhs edən məqalə yayımlayıb. Secki-2024.az bildirir ki, məqalədə Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi ərazilərdə ilk dəfə seçkilər keçirilməsinin əhəmiyyəti qeyd olunub.

“Azərbaycan Qarabağ zəfərinin ardından sonra seçkiyə gedir. Azərbaycan xalqı 7 fevralda prezidentini seçmək üçün səs verəcək”,- deyə məqalədə bildirilir. 

Qeyd olunub ki, Azərbaycanda keçiriləcək bu seçkilər olduqca əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan ərazilərinin hamısında səsvermə keçiriləcək. Təxminən 30 ildən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə seçki qutuları qoyulacaq”, - deyə məlumatda qeyd olunur.

Məlumat üçün deyək ki, məqalə “Hürriyət” qəzeti və digər KİV-də də paylaşılıb. 

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31