"Yersiz müqayisələr uşaqlarda psixoloji problemlər yaradır"
06.03.2024 [14:28]
Havar Şəfiyeva
Təəssüflər olsun ki, məktəblərdə psixoloji basqı halları get-gedə artır və bunun günahkarı hər birimizik.
Psixoloq İlhamə Mustafayeva "Yeni Azərbaycan"-a açıqlamasında bildirir ki, övladına vaxt ayırmayan, problemini dinləməyən, övlada dəstək olmayan, hər şeydə onu günahlandıran, ondan ancaq yaxşı oxumağı tələb edən, uşağa seçim haqqı verməyən böyüklər belə hallarla qarşılaşmasının ən başlıca səbəbkarıdır: "Bullinq daha çox kiçik və orta sinif şagirdləri arasında rast gəlinir. Qurbanlar sos statusu yüksək olan ailələrin uşaqları və yaxud da fiziki seçilən uşaqlar da ola bilir. Bullinq tək fiziki şiddət deyil, təhqir, ələ salmaq, haqqında şaiyə yaymaq, əşyalarına zərər vurmaq, təhdid etmək və psixoloji şiddət göstərməkdir.
Müəllimlərin yersiz müqayisələri və uşaqlara ayrı seçkilik qoyması və s hallar uşaqlar arasında psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Buna görə də müəllimlərin psixoloji olaraq maariflənməsi və məktəblərdə psixoloji seminarların keçirilməsi vacibdir".
İ.Mustafayeva onu da qeyd edir ki, belə halların yaşanmaması üçün uşaqları maraqlı məşğələlərə cəlb etmək, vaxtaşırı söhbətlər aparmaq və narahat edən məsələləri bölüşmək lazımdır:
"Sinif rəhbəri sinifindəki narahat uşaqları tanımalı, onların valideynlərini məlumatlandırmalı, məktəb psixoloqlarını bu işə cəlb etməlidirlər ki, psixoloqlar ilk öncə uşaqlara empati hissini aşılaya bilsin. Aqressor çox zaman özü aqressiya görən və travmatik uşaqlar olur. Belə uşaqlar başqalarına təzyiq göstərməklə özünü qiymətləndirməni bərpa etmək istəyirlər".
Araşdırmalar göstərir ki, bullerlər daha çox özünü müdafiə edə bilməyən və problemi danışa bilməyən qurbanlar seçirlər. Hansı uşaqlar ki valideynlərdən çəkinir, onlara söz deməyə qorxur, həmin uşaqlarla çöldə də psixoloji və mənəvi şiddətə məruz qalırlar.
Psixoloq son olaraq vurğulayıb ki, bullinqlə mübarizə aparmaq üçün məktəbin direktoru, sinif rəhbərləri, dərs hissə müdirləri, müəllimlər, valideynlər əlbir olmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

