Ermənistan Qərblə birgə "aprel hücumuna” hazırlaşır - Rusiya hələ də "yatıb"...
21.03.2024 [23:53]
Doğrudanmı Rusiya Ermənistanın üzərindən Cənubi Qafqazda Fransanın və digər Qərb ölkələrinin həyata keçirməkdə olduqları bu planlara sonadək hərəkətsiz və yalnız ritorik formada reaksiya verəcək? Kreml daha nəyi gözləyir?
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Ermənistan Avropa Birliyinin Mülki missiya adı altında əslində sabiq kəşfiyyatçı fransız - alman zabitlərini ( əslində kəşfiyyatçıların sabiqi olmur, sadiqi olur, öz peşəsinə sadiqlik) Azərbaycan sərhəddinə gətirdi, KTMT- də fəaliyyətini dondurdu, rus sərhədçilərinə Zvartsnot aeroportunda son qalma müddəti verdi, Zəngəzur dəhlizinə "ruslar nəzarət etməyəcək" mesajı verdi, Avropa Birliyinin missiyasının statusu barədə ötən ilin 20 noyabrında saziş imzaladı və iki gün əvvəl Ermənistan parlamenti həmin sazişi təsdiqlədi. Sazişdə bu Missiyanın "Ermənistanla Avropa Birliyinin siyasi münasibətlərini daha da sıxlaşdırmaq" kimi kifayət qədər şübhəli və hər şeyə imkan açan vəzifəsi barədə maddə var. Tək bu maddənin altında Ermənistan nələr etməyəcək?!....
Rusiyanın bütün bunlara aşırı dərəcədə seyrçi davranması fonunda şirniklənən Ermənistan hakimiyyəti daha da irəli getməyi planlayır. Məlumatlara görə , Brüsseldə Dünya nüvə sammitinə qatılmış Paşinyan apreldə çox təhlükəli bir format görüşündə iştiraka da dəvət olunub . Apreldə ABŞ Dövlət katibi Blinkenin, Avropa komissiyasının sədri Ursulanın, NATO Baş katibi Stoltenberqin və Paşinyanın Brüsseldə bir araya gələcəkləri barədə ciddi xəbərlər yayılıb . Rəsmi təsdiqlənmiş başqa bir məlumat da yayılıb ki, Avropa Birliyi Ermənistandakı "Mülki" adlanan missiya üçün 2025- ci ilin fevralına qədərki dövrdə 39 milyon avro vəsait ayırıb. Bu qədər vəsaitin Ermənistanda nəyə sərf olunacağı çox cəlbedici görünür. Hadisələrin təhlili göstərir ki, Qərb Ermənistanla çox ciddi oyunların içində işləyir . Qarşıdakı yaxın dövrdə Ermənistanın Rusiya hərbçilərini ölkədən çıxaracağı və onların yerinə ABŞ- ın , Fransanın hərbçilərini gətirəcəyi gözlənilir. Avropa Sülh fondunun xətti ilə Ermənistan ordusunu gücləndirmək barədə rəsmi müzakirələr elə belə başlamayıb ki... Rusiyanı hərbi cəhətdən Ermənistandan çıxarmaq hələ planların hamısı deyil. Bunun ardınca Qərbin Mərkəzi Asiya dövlətləri ilə eyni ssenarilər üzərində iş quracağı çox da uzaq gələcəyə aid planlar deyil. Bu o deməkdir ki, Cənubi Qafqazın , ardınca Mərkəzi Asiyanın Rusiyanın təsir dairəsindən çıxacağına fantaziya kimi baxmaq düz olmaz.
Bütün bunlar isə Rusiyanın ləng hərəkət etməsi və Ermənistanın anti - Rusiya kursunu açıq şəkildə aparmasının nəticəsi olaraq ortaya çıxır.
Hadisələr ona bənzəyir ki, Ermənistan Rusiyanın ata biləcəyi əks addımlardan artıq çəkinmir və çox arxayın davranır...
Rusiya Ermənistanın kaprizlərinə nə vaxta qədər dözəcək?....”
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

