/ / MEK-də “Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda təlim keçirilib
MEK-də “Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda təlim keçirilib
05.04.2024 [09:00]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) doktorantura və dissertanturaya sənəd qəbulunun elektronlaşdırılması ilə əlaqədar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (TMİS) “Ali və orta ixtisas təhsili alt sistemi” (AOİTAS) vasitəsi ilə qeydiyyatına dair təlim keçirilib.
“Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda baş tutan təlimdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov və şöbənin əməkdaşları, AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA Rəyasət Heyəti Aparatının Elektron Akademiya şöbəsinin əməkdaşı Aida Tağıyeva, AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri və təhsilə məsul şəxslər, Elm və Təhsil Nazirliyinin (ETN)Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ali və Peşə təhsili pilləsinin elektronlaşdırılması üzrə kuratoru Cavad Mustafazadə, TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu iştirak ediblər. Təlimə, həmçinin AMEA-nın Gəncə və Naxçıvan bölmələrinin əməkdaşları onlayn qatılıblar.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq, AMEA rəhbərliyinin elektron hərəkata böyük önəm verdiyini vurğulayıb.
Ölkə üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun elektron portal üzərindən aparılacağını qeyd edən MEK-in direktoru Akademiyada da bu pillələrə qəbulun cari ildən etibarən elektron qaydada həyata keçiriləcəyini nəzərə çatdırıb, təlimçilərə və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra ETN TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu doktoranturaya sənəd qəbulu ilə bağlı müraciətlərə baxılması, müvafiq qərarın verilməsi, müraciətçilərə müəssisənin qərarı barədə elektron bildirişlərin göndərilməsi, sistemə əlavə edilmiş qəbul planının işlənilməsi, təhsil haqqı ödənişlərinin həyata keçirilməsi prosesini izah edib. Qeyd olunub ki, sözügedən xidmət sayəsində TMİS-ə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər ETN-in “Şəxsi kabinet”ləri vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari, növbəti addımları, vaxt itirmədən, olduğu yeri tərk etmədən izləyə biləcəklər. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak etmək şansı qazanırlar. Diqqətə çatdırıb ki, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesinin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43

