Fransaya olar, Gürcüstana yox?
08.06.2024 [10:50]
Tbilisi sanksiyalarla üz-üzə
Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra ölkə daxilində buna qarşı ciddi etirazlar baş qaldırıb. Lakin sözügedən qanuna etirazlar yalnız ölkə daxilindəki müxalifət qüvvələrindən və qeyri-hökumət təşkilatlarının təmsilçilərindən gəlmir. Qanunun qəbuluna təkid edən və buna nail olan hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının və Gürcüstanın siyasi rəhbərliyinin ünvanına, həmçinin Qərbin ayrı-ayrı ölkələrindən və təsisatlarından da sərt qınaqlar gəlməkdədir. Hətta ölkə sanksiyalarla gədələnir. Bu istiqamətdə artıq ilk addım atılıb. Belə ki, suveren dövlət olan Gürcüstana qarşı sanksiyaların tətbiqinə birinci olaraq ABŞ start verib.
ABŞ-dan Gürcüstana viza sanksiyaları
Amerika Birləşmiş Ştatları Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq edir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə açıqlayıb.
Bildirilib ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, - deyə, M.Miller vurğulayıb.
Gürcüstan xarici təsirlərdən qurtulmaq istəyir
“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təmsilçiləri bəhs olunan qanunun qəbulunun zəruriliyini ölkənin milli maraqlarının qorunması ilə bağlı olduğunu bildirirlər. Verilən məlumatlara görə parlament müvafiq qanunu qəbul edərkən müstəqillik prinsiplərinə əsaslanıb. Hansısa bir qanunu qəbul etmək suveren dövlətin müstəsna hüququdur. Gürcüstan üçün isə bu, bir milli təhlükəsizlik məsələsidir. Vəziyyəti kritik dərəcədə gərginləşdirən o amildir ki, Gürcüstan kimi kiçik ölkədə qeyri-hökumət təşkilatlarının sayı yağışdan sonra göbələk kimi artaraq 10 mini ötüb. Məsələ heç də sayda deyil. İş ondadır ki, vətəndaş cəmiyyəti təsisatlarının əksəriyyəti xarici maliyyə mənbələrindən asılı vəziyyətdədir. Təbii ki, Gürcüstana maliyyə vəsaitləri ilə yanaşı, həm də xüsusi tapşırıqlar, siyasi sifarişlər ünvanlanır. Vətəndaş cəmiyyəti təsisatları isə maliyyə qaynaqlarının davamlılığını təmin etmək üçün həmin sifarişləri yerinə yetirmək məcburiyyətindədirlər. Aparılan təhlillər təsdiqləyir ki, xarici təsir altında olan qurumların fəaliyyəti əksər hallarda milli maraqlara uyğun gəlmir, hətta ölkənin mənafeyinə zərbə vurur. Buna görə də Gürcüstan hakimiyyəti xarici təsirlərdən qurtulmaq istəyir.
Hakim partiya dövlət üçün getdikcə daha ciddi təhdidə çevrilən prosesin qarşısını almağın yeganə yolunu müvafiq qanunun qəbul edilməsində gördü. Parlamentdə qəbul olunan “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Bunu etməyənləri isə sərt cərimələr gözləyir.
Oxşar qanun Fransada da qəbul olunub
Bu günlərdə oxşar qanun Fransada da qəbul olunub. Belə ki, Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair 4 maddədən ibarət qanunu qəbul edib. Bununla bağlı məlumat Senatın saytında yerləşdirilib. Həmin məlumatda bildirilir ki, qanunun birinci maddəsində Fransanın ictimai həyatında iştirak edən aktorlarının qeydiyyatı və uçotunun aparılması tələb edilir. Layihənin müəllifləri analoji qanunların ABŞ və Böyük Britaniyada daha əvvəl qəbul edildiyini bildiriblər.
Qanunun ikinci maddəsinə görə, hökumət ildə bir dəfə parlamentə xarici təhdidlərlə bağlı hesabat verməlidir.
Üçüncü maddə xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılmasını, texniki imkanları genişləndirməyi, həmçinin rəqəmsal məlumatların avtomatik emalını nəzərdə tutur.
Dördüncü maddədə xarici təsirlə mübarizə üçün monetar qanunvericiliyin dəyişdirilməsi, hesabların dondurulması prosedurunun əhatə dairəsinin genişləndirilməsi və maliyyə sanksiyaları nəzərdə tutulur.
Qeyd edək ki, yeni qanun həm də Fransanın dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada azadlıq hərəkatını boğmaq məqsədi güdür.
Aİ niyə susur?
Bir sıra Qərb ölkələri və təsisatları Gürcüstanda xaosun dərinləşməsi üçün sözün əsl mənasınsa dəridən-qabıqdan çıxırlar. Məsələn, Avropa Şurasının Venesiya Komissiyası Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etməli olduğunu bildirib . Bu günlərdə dərc etdiyi təcili rəyində Venesiya Komissiyası “əsaslı qüsurlara malik qanunun” birləşmək və ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, ictimai işlərdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan edilməsi baxımından əhəmiyyətli mənfi nəticələrə səbəb olacağını bildirib.
Qəribədir ki, Gürcüstan hakimiyyətinə etiraz edən ölkələrdən biri də oxşar məzmunlu qanunu qəbul edən Fransadır. Rəsmi Paris ilk gündən Tbilisidəki etirazçıları dəstəkləyib. Bununla kifayətlənməyən Fransa siyasətçiləri öz çevrələrindəkilərlə də ciddi iş aparırlar
Fransanın mövqelərinin kifayət qədər güclü olduğu Avropa İttifaqının bəzi üzvləri - Çexiya, İsveç, Hollandiya və Estoniya Gürcüstan parlamentinin bəhs olunan qanunu qəbul etməsi ilə əlaqədar Avropa Komissiyasına bu dövlətə qarşı sanksiyalar tətbiq etməli olduğunu bildiriblər. Tətbiq üçün təklif olunan tədbirlər arasında qanun layihəsinin müəlliflərinə qarşı məqsədyönlü sanksiyalar, Aİ fondlarından vəsaitlərin bir hissəsinin dondurulması və Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvi də var. Məhdudlaşdırıcı tədbirlərin yekun dəsti, eləcə də onların tətbiqi məsələsi Aİ ölkələrinin xarici işlər nazirləri iyunun 24-də Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq.
Gürcüstanda və Fransada qəbul olunan qanunlar oxşar məzmuna malikdirlər. Bu məqamda sual yaranır: Bəs niyə Fransaya olar, Gürcüstana yox? Niyə Qərb təsisatları və ölkələri oxşar ittihamlarını Yelisey Sarayına da ünvanlamırlar?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

