Rusiya yeni sanksiyaların hədəfində...
18.11.2025 [09:16]
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi bir neçə həftəyə hazır olacaq. Bunu Almaniya kansleri Fridrix Merz Berlində mətbuat konfransında deyib. Onun sözlərinə görə, yeni paket əsasən sanksiyalardan yayınmaların qarşısının alınmasına yönələcək. “Biz sanksiyalardan yayınmaya şərait yaradılmasını pisləyirik, bu boşluqların aradan qaldırılmasını və ya hər halda azaldılmasını təmin etmək istəyirik. Yaxın həftələrdə Avropa İttifaqında yeni sanksiyalar paketi hazırlayacağıq. Bir boşluğu digərinin ardınca bağlamağa çalışacağıq”, - deyə Almaniya kansleri vurğulayıb.
Ukraynanın müqavimət gücünün artırılması
Şimal qonşumuza qarşı sanksiyalar uzanan Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilir. Avropa İttifaqı bu müharibədə Ukraynanın mövqeyini müdafiə edir. Müharibənin əvvəlində Moskvaya qarşı Amerika Birləşmiş Ştatlarının başçılığı ilə kollektiv Qərb cəbhəsi formalaşmışdı. Buradan Kiyevə hərtərəfli yardımlar edilir, o cümlədən hərbi texnika, sursat tədarükü həyata keçirilirdi. Eyni zamanda, Ukraynanın daxili gəlirlərdən böyük dərəcədə məhrum qalan dövlət büdcəsi də ABŞ-ın və Aİ-nin ayırdığı vəsaitlər hesabına davamlı şəkildə dəstəklənirdi.
Cari ilin yanvarında Vaşinqtonda administrasiya dəyişikliyindən sonra isə fərqli mənzərə yaranıb. Yeni Prezident Donald Tramp Ukraynanın dəstəklənməsinin əslində Avropa İttifaqının məsuliyyəti olduğunu bildirir. Beləliklə də, Ukraynaya dəstəyin fərqli strukturu formalaşıb. Yeni administrasiya Ukraynaya silah tədarükündən imtina etmir. Lakin Vaşinqton bunu yeni qaydalar çərçivəsində edir. Belə ki, silahlar Avropa İttifaqına satılır və yalnız bundan sonra Ukraynaya tədarük olunur. Silahların tədarükündə məqsəd Ukraynanın müqavimət gücünü artırmaqdır.
Müharibənin əvvəlindən bəri şimal qonşumuza qarşı Aİ tərəfindən 19 sanksiya paketi təsdiqlənib. Bundan əvvəlki 19-cu sanksiyalar paketində yer alan mühüm məsələlər sırasına 2027-ci ilin yanvarından etibarən Rusiya maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir. Avropanın əsas hədəfi Kremlin istənilən gəlir mənbəyini sanksiyalara məruz qoymaqdır. Qərb sanksiyaların Rusiyanın dövlət maliyyəsinə və iqtisadi artımına əhəmiyyətli təsir göstərdiyini bildirir. Bu paket Rusiyanın silah istehsalı üçün lazım olan texnologiyalara və kritik resurslara çıxışını da məhdudlaşdırmağa hesablanıb. Paketdə bir çox yeni məhdudiyyətlər yer alıb. Bunların arasında Rusiyanın iri neft şirkətlərinə və onların treyderlərinə qarşı sanksiyalar, üçüncü ölkə şirkətlərinə ikinci dərəcəli sanksiyaların genişləndirilməsi, qiymət hədləri və çatdırılma üzərində nəzarət, banklara və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlər, kriptovalyutalara nəzarətin gücləndirilməsi, idxal qadağalarının və tariflərinin genişləndirilməsi, Rusiya neft və qazını alan ölkələr üçün mümkün məhdudiyyətlər və bu kimi bir çox məsələlər yer alır. Bundan başqa, Avropa texnologiyaları, o cümlədən Rusiya müdafiə sənayesi üçün komponentlər üzrə ixrac nəzarətinin gücləndirilməsi, lisenziyalaşdırılmalı olan ikili təyinatlı malların siyahısının genişləndirilməsi, sanksiyaların icrasına nəzarət üçün ümumavropa mexanizminin yaradılması və pozuntular haqqında daha sıx məlumat mübadiləsi də bəhs olunan paketə daxil edilib.
Yeni sanksiyalar paketinin anonsu
Sayca 19-cu sanksiyalar paketinin təsdiqi ilə paralel şəkildə 20-ci sanksiyalar paketinin də anonsu verilib. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək məqsədilə ölkəyə qarşı artıq 20-ci sanksiya paketinin tətbiqi ideyasını dəstəkləyib.
Onun sözlərinə görə, Aİ Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya maliyyə və enerji yardımının təqdim edilməsini sürətləndirmək niyyətindədir. “Rusiyanın əlindən aldığımız hər avro onun müharibəyə xərcləyə bilməyəcəyi avrodur”, - deyə o vurğulayıb və əlavə edib ki, üzv dövlətlər artıq 20-ci sanksiya paketi ideyasını dəstəkləyib, bu, növbəti addım olacaq. Ali nümayəndə həmçinin bildirib ki, nazirlər ABŞ Prezidenti Donald Trampın müvafiq çağırışını dəstəkləyərək Rusiyadan neft və qaz alışını dayandırmağa razılıq veriblər.
Dondurulmuş Rusiya aktivlərindən istifadə gündəmdə
Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün istifadə edilməsi də gündəmdə olan məsələlər sırasındadır. Kallas təsdiq edib ki, Aİ Ukraynanın təcili müdafiə ehtiyaclarının qarşılanması üçün Rusiyanın dondurulmuş aktivlərini səfərbər etməyə hazırlaşır. Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən müsadirə yolu ilə deyil, Ukraynaya 140 milyard avroya qədər faizsiz kreditlər mənbəyi kimi istifadə edilmək planını açıqlayıb. Bundan əlavə, Aİ Rusiyanın yeni hücumlarına məruz qalan Ukraynanın enerji infrastrukturunun müdafiəsi üçün əlavə tədbirlər təklif etmək niyyətindədir. İttifaq Ukraynaya qaz tədarükünü artırmağı və zədələnmiş obyektlərin təmirinə kömək etməyi planlaşdırır.
ABŞ bu məsələdə fərqli yanaşma sərgiləyir. Donalq Tramp bir qədər bundan əvvəl dondurlmuş Rusiya aktivləri ilə bağlı müzakirələrə qatılmadığını bəyan etmişdi. Bu günlərdə isə Ağ Evdən fərqli açıqlama gəlib. Verilən məluumata görə, 2026-2028-ci illər ərzində ABŞ hökuməti dondurulmuş Rusiya aktivlərindən 2,5 milyard dolları müsadirə edə bilər. Hazırda federal hökumətin bu qərarı verməsi ehtimalı 50 faiz olaraq qiymətləndirilir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41

