Heydər Əliyev
yeni azerbaycan logo

Yeddi ayda...

12.08.2026 [15:00]

ÜDM artıb, qeyri-neft yığımları yüksəlib

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi sektorda müsbət dinamika meyilləri qeydə alınıb. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 76 milyard 817,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft sektoru yenə də əsas drayver rolunu oynayıb. Belə ki,

neft-qaz sektoru üzrə ÜDM istehsalı 22 milyard 916,5 milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,6 faiz azalsa da, qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 53 milyard 901,2 milyon manat təşkil etməklə illik müqayisədə 2,2 faiz artıb.
ÜDM-in strukturunda sənaye məhsulu 0,3 faiz artaraq 38,9 milyard manat, kənd təsərrüfatı məhsulu 2,8 faiz artaraq 8,8 milyard manat, nəqliyyat bölməsi 9,2 faiz artaraq 2,2 faiz rabitə 10,4 faiz yüksələrək 2,4 milyard manat təşkil edib.

Büdcə gəlirləri 23 milyard manatı ötüb

2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövr ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib, bu da proqnozu 855,9 milyon manat və ya 3,8 faiz üstələyib. Büdcə gəlirlərinin strukturunda vergi daxilolmalar 11 milyard 474,1 milyon manat, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat, sair daxilolmalar 427,8 milyon manat təşkil edib. Dövlət Neft Fondundan transfert isə 7 milyard 490 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99,9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74,1 faiz icra olunub.

İcmal büdcənin gəlirləri 29 milyard manata yaxınlaşıb

Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1,2 faiz çoxdur. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin ötən yeddi ayında icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri isə 23 milyard 742,4 milyon manat məbləğində icra edilib.

Qeyri-neft vergi yığımları 8,5 milyard manata çatıb
Dövlət büdcəsinin gəlirlərində əsas fiskal mənbə əvvəllər olduğu kimi vergi yığımları olubş. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olub. Bu qurumun xətti ilə daxilolmalar yanvar-iyul ayları ərzində 11 milyard 474,1 milyon manat təşkil edib ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.

2026-cı ilin yanvar – iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox təşkil edib. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın təşkil edib. 
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manata yaxın təşkil edib.

Orta aylıq əmək haqqı 1174 manatı ötüb

Cari ilin yeddi ayı ərzində ölkədə insanların gəlirləri və bank yığımları da artıb. Əhalinin nominal gəlirləri 9,8 faiz artaraq 55,7 milyard manata yaxınlaşıb. Fiziki şəxslərin bankj əmanətləri 15,5 faiz artaraq 17,8 milyard manatı ötüb. İqtisadiyata kredit qoyuluşları da dinamika ilə davamn edib və bank və maliyyə qurumlarının real sektora vəsait təchizatı 33,8 milyard manatdan çox olub. Bu dövrdə iqtisaddiyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1174,4 manat təşkil edib. İnflyasiya isə 5,7 faizə bərabər olub. Beləliklə, vətəndaşların gəlir və aylıq qazancı inflyasiyanı təxminən 4 faiz-bənd üstələyib.

Qeyd ediləın dövrdə iqtisadiyyata kapital qoyuluşları 10,7 faiz yüksələrək 11 milyard manatı ötüb. Eləcə də, ticarət dövriyyəsində dinamika müşayiət edilib. Azərbaycanın ticarət dövriyyəsinin həcmi 9,1 faiz artaraq 26 milyard 54,2 milyon dollar təşkil edib. Belə ki, ixracın dəyəri 43,2 faiz artaraq 17 milyard 713,1 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 3,2 dəfə artaraq 5 milyard 548,4 milyon dollar olub. Altı ayda idxalın dəyəri isə 27,6 faiz azalaraq 8 milyard 341,1 milyon dollar təşkil edib.
E.CƏFƏRLİ
 

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31