Türkiyə Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir
14.01.2026 [09:55]
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan hərbi-müdafiə alyansına qoşulmaq niyyətindədir. Bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda bildirilir ki, ötən ilin sentyabrında imzalanmış razılaşma kollektiv müdafiə prinsipini nəzərdə tutur. Sənədə əsasən, alyans üzvlərindən birinə qarşı istənilən aqressiya bütün iştirakçılara hücum kimi qiymətləndirilir. Bu mexanizm NATO-nun məşhur 5-ci maddəsinə bənzər şəkildə tətbiq olunur. Ankaranın bu niyyəti Türkiyənin Qərb müttəfiqləri ilə çətin münasibətlər fonunda təhlükəsizlik tərəfdaşlıqlarını şaxələndirmək və əsas müsəlman ölkələri ilə əlaqələrini gücləndirmək üçün daha geniş strategiyasını əks etdirir.
Səudiyyə Ərəbistanı və Pakistan uzun müddətdir ki, təlim, kəşfiyyat paylaşımı və silah əməkdaşlığı da daxil olmaqla, sıx hərbi əməkdaşlıq saxlayırlar.
Türkiyənin üzvlüyü alyansa əlavə güc qatacaq
Türkiyənin potensial üzvlüyü alyansın müdafiə qabiliyyətlərini gücləndirə və ona əlavə geosiyasi təsir göstərə bilər. Məlumatlara görə, Ankaranın bu alyansa qoşulması Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasına təsir göstərəcək. Analitiklər Türkiyənin mümkün iştirakını regional və qlobal miqyasda hərbi-siyasi çəkisini artırmaq cəhdi kimi dəyərləndirirlər.
Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. Layihələndirmə işlərinin başa çatdırılmasından sonra Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılıb. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.
Bu baxımdan, Ankaranın Pakistan-Səudiyyə Ərəbistanı hərbi alyansına qoşulması Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli təsir göstərə bilər.
Şərqin “NATO”su yaranır?
Qeyd etdiyimiz kimi, Pakistanla Səudiyyə Ərəbistanı arasında ötən ilin sentyabrında imzalanmış sənəd hər hansı bir təcavüz halında qarşılıqlı müdafiəni, hərbi əməliyyatların birgə planlaşdırılmasını və müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur. Saziş Pakistanın nüvə potensialını da əhatə edir. Saziş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığı rəsmi şəkildə təsdiqləyir, bu da Yaxın Şərqdə mövcud gərginlik fonunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Sazişin imzalanması mərasimi Ər-Riyada baş tutub, tədbirdə Səudiyyə Ərəbistanının taxt-tac varisi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib. Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir də tədbirdə iştirak edib və o, ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri hesab olunur.
Ekspertlər hesab edirlər ki, bu alyans regionun təhlükəsizliyinə ciddi təsir göstərə və Körfəz dövlətlərinin strateji hesablamalarını dəyişdirə bilər. Müdafiə paktının son bir neçə il ərzində müzakirə edilməsinə baxmayaraq, onun Yaxın Şərqdə gərginliyin artması fonunda imzalanması faktı qlobal miqyasda diqqətdən kənarda qalmayıb. Körfəzin ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı hesab edir ki, ABŞ-la dərin əlaqələrə baxmayaraq, İslam ölkələri ilə də hərbi əməkdaşlığı möhkəmləndirmək vacibdir. Körfəz monarxiyaları ilə çox yaxşı əlaqələri olan və döyüşlərdə sınaqdan keçmiş orduya malik Pakistan bu kontekstdə təbii tərəfdaş kimi görünür.
Bununla belə, müəyyən dairələr iki ölkə arasında bu ittifaqı NATO-ya bənzər müsəlman hərbi alyansının əsası kimi dəyərləndirir. Türkiyənin sözügedən alyansa qoşulması isə bu prosesi sürətləndirə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

