Türkiyənin vasitəçiliyi...
28.01.2026 [09:31]
Sudan dövləti Ankaraya üz tutur
2023-cü ilin 15 aprelindən etibarən Afrika qitəsinin strateji ölkələrindən biri olan Sudanda başlanan ağır və dağıdıcı vətəndaş müharibəsi hələ də davam etməkdədir. Münaqişə Sudanın rəsmi ordusu - Sudan Silahlı Qüvvələri (SAF) ilə əvvəllər dövlətin təhlükəsizlik arxitekturasının bir hissəsi olmuş, lakin faktiki olaraq müstəqil gücə çevrilmiş Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında baş verib. Qarşıdurmanın əsas səbəbi 2021-ci il hərbi çevrilişindən sonra ölkədə mülki idarəçiliyə keçid prosesində bu iki qüvvə arasında səlahiyyət, nəzarət və hakimiyyət bölgüsü ilə bağlı dərin fikir ayrılıqlarının yaranmasıdır. Xüsusilə ÇDQ-nin orduya inteqrasiya olunması məsələsi böhranı silahlı toqquşma mərhələsinə gətirib çıxarıb.
Döyüşlər ilk gündən paytaxt Xartum, Merove hava limanı və strateji hərbi obyektləri əhatə edib, daha sonra isə Darfur, Kordofan və digər regionlara yayılıb. Şəhər döyüşləri, mühasirələr və infrastrukturun sistemli şəkildə dağıdılması ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə salıb.
150 min nəfər ölüb, 21 milyon qaçqın var...
Müharibənin ən ağır nəticəsi isə humanitar sahədə özünü göstərir. Milyonlarla insan ev-eşiyini tərk etməyə məcbur qalıb, Sudan dünyanın ən böyük məcburi köç böhranlarından biri ilə üz-üzədir. Qeyd edək ki, Sudanda 2023-cü ildən davam edən vətəndaş müharibəsində 150 mindən çox insan ölüb. BMT-nin məlumatına görə, 9 milyondan çox insan yaşadığı ərazilərdən köçürülüb, 4 milyon sudanlı isə qonşu ölkələrə sığınıb. Hazırda 21 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi, aclıqla üz-üzə qaldığı bildirilir. Səhiyyə sistemi iflic vəziyyətinə düşüb, xəstəxanalar fəaliyyətini dayandırıb, aclıq və epidemiyalar riski sürətlə artır. Xüsusilə uşaqlar və qadınlar münaqişənin ən həssas qurbanlarıdır - təhsilə çıxış kəskin şəkildə məhdudlaşıb, bütöv bir nəsil gələcək perspektivlərini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Beynəlxalq ictimaiyyətin atəşkəs və danışıqlar cəhdlərinə baxmayaraq, münaqişə hələ də davam edir. Regional və qlobal güclərin dolayı təsiri, silah axını və geosiyasi maraqlar Sudandakı böhranı daha da dərinləşdirir.
Müharibənin bitməsi üçün...
Bu arada Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Port Sudan şəhərindəki iqamətgahında Türkiyədən olan jurnalistlərə açıqlamasında bildirib ki, münaqişənin aradan qalxması üçün Türkiyənin vasitəçiliyini təklif etmişik, lakin bəzi qüvvələr bunu qəbul etmir. Bu müharibənin bütün sudanlılara zərər vurduğunu bildirən Al-Burhan ölən və yaralananların çox olduğunu xatırladıb və ölkəyə dəyən maddi ziyanın miqyasının böyük olduğunu qeyd edib. “ÇDQ-nin sonu gəlmədən sülh olmayacaq. Onların təklifləri problem həll etmək yox, vaxt qazanmaq məqsədi daşıyır”, - deyən Al-Burhan vurğulayıb ki, ÇDQ-nin təslim və tərk-silah olması da həll yoludur.
Uşaq bağçası bombalanmışdı...
Vurğulandığı kimi, müharibədən ən çox əziyyət çəkən məhz uşaqlardır. Ötən ilin sonunda uşaq bağçası və xəstəxanaya pilotsuz təyyarələrlə hücumlar həyata keçirilmişdi. Sudan Xarici İşlər Nazirliyi Cənubi Kordofanda 79 uşağın xəsarət aldığını, UNICEF isə ölənlərin arasında 10 nəfərin 5-7 yaş aralığında olduğunu qeyd etmişdi. Ümumilikdə, hücum zamanı 43 uşağın öldüyü vurğulanmışdı. UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yett bildirmişdi ki, “məktəblərdə uşaqların öldürülməsi uşaq hüquqlarının dəhşətli şəkildə pozulmasıdır”. O qeyd etmişdi ki, müharibə uşaqların günahı olmadığı kimi, əziyyəti də onlar çəkməməlidirlər. UNICEF bütün tərəfləri bu hücumlara dərhal son qoymağa və çarəsiz ehtiyacı olanlara təhlükəsiz və maneəsiz humanitar yardımın göstərilməsini təmin etməyə çağırış etmişdi.
SADİQ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

