Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir
02.04.2021 [22:52]
Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərin nəticəsi olaraq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu üç onillik ərzində işğalçı Ermənistanın hərbi birləşmələri zaman-zaman ölkəmizə qarşı müxtəlif hərbi təxribatlar törədirdilər. Bununla işğalçılar danışıqları pozmaq, beləliklə də, işğal məhsulu olan status-kvonun ömrünü sonsuzadək uzatmaq məqsədi güdürdülər. Düşmən belə təxribatlardan birini 2016-cı il aprelin əvvəlində törətdi və layiqli cavabını aldı. Silahlı Qüvvələrimizin qələbəsi ilə başa çatan şanlı Aprel döyüşlərindən artıq beş il ötür.
Aprel döyüşləri Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə işğal edən təcavüzkar Ermənistan öz hərbi birləşmələrinin yenilməzliyi, zəbt olunan ərazilərdə yaradılan istehkamların keçilməzliyi barədə miflər uydurmuşdu. Müzəffər Silahlı Qüvvələrimiz 2016-cı il aprelin əvvəlində ön xətdə düşmənin hərbi birləşmələrini ağır məğlubiyyətə uğratmaqla ermənilərin yenilməz orduya malik olduqları barədə yaratdıqları mifi darmadağın etdi. Aprel döyüşləri nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Aprel döyüşlərində düşmənin hərbi birləşmələrinin canlı qüvvə və texnika sarıdan itkilərinin miqyası kifayət qədər böyük idi.
Azərbaycanın düşmən üzərində böyük Qələbəsinin təməli Aprel döyüşlərində qoyuldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşdəki çıxışında bəhs olunan döyüşləri yüksək dəyərləndirərək “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, - deyə vurğulayıb. Ekspertlərin qeyd etdikləri kimi, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, şanlı hərb səlnaməsinə düşən zəfərdir.
Silahlı Qüvvələrimizin 4 günlük müharibədə parlaq qələbə qazanmasından sonra düşmən dövlət və onun havadarları anladılar ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayacaq və sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, torpaqlarını ordusunun gücü ilə geri qaytaracaq. Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra Ermənistanda ciddi çaxnaşmalar müşahidə olundu. Məğlubiyyət acısı və xəyal qırıqlığı yaşayan Ermənistan cəmiyyətində işğalçı dövlətin və ordunun rəhbərliyinə ciddi etirazlar baş qaldırdı. Zamanında torpaqlarımızın işğal altına alınmasının eyforiyasını yaşayan ermənilər şanlı Aprel döyüşlərindən sonra öz məyusluqlarını açıq şəkildə dilə gətirirdilər. Məhz Aprel döyüşlərindən sonra işğalçı ölkədə hakimiyyət çevrilişi baş verdi.
Ordumuz zəfər salnaməsini Vətən müharibəsində davam etdirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu
Aprel döyüşlərindən sonra işğalçı Ermənistanda hakimiyyətə gələn qüvvələr də öz sələflərinin yolu ilə gedərək təcavüzkarlıq siyasətini davam etdirdilər. “Qarabağ Ermənistandır və nöqtə” deyən, “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirən işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və Azərbaycan bunu ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını uğurla həyata keçirən Ordumuz Aprel döyüşləri ilə başlayan zəfər salnaməsini Vətən müharibəsində davam etdirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu. Silahlı Qüvvələrimiz 44 günlük müharibədə 300-dən artıq yaşayış məntəqəsini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhəri, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi geri qaytarıldı. Bundan sonra düşmən tərəf müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu sənədə əsasən, üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan üç rayonu - Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz Azərbaycana təhvil verdi.
Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünün bərpasına hərbi-siyasi yolla nail oldu. Vətən müharibəsində düşmənə hərbi gücünü göstərən, dəmir yumruqla onun başını əzən Azərbaycan hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

