Danışıqların ikinci raundu...
23.11.2021 [10:11]
Putin ilə Baydenin görüşündən nə gözlənilir?
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında bu ilin sonuna qədər baş tuta biləcək danışıqların mövzuları açıqlanıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bildirilib ki, 2021-ci il görüşlərinin ikinci raundunda əsas müzakirə predmeti yenə də Ukraynadır. Bununla yanaşı, NATO-Rusiya münasibətlərinin də görüşdə müzakirə olunacağı gözlənilir. Peskov görüşün konkret tarixini açıqlamasa da, yeni ilə qədər təmasların mümkünlüyünə işarə edib: “Amma bəlkə də, daha sonra baş tutsun. Bu, daha çox prezidentlərin iş qrafikindən, eyni zamanda, hansı formatı seçmələrindən asılı olacaq. Moskva videoformata üstünlük verir, lakin buna dövlət başçıları qərar verəcək”.
Qeyd edildiyi kimi, bu, iki ölkə başçısı arasında 2021-ci il ərzində baş tutacaq ikinci görüş olacaq. Belə ki, ABŞ və Rusiya prezidentləri bu ilin yayında Cenevrədəki zirvə görüşündə bir araya gəlmişdilər. Budəfəki görüşün sadalanan problemlərin həllinə necə təsir edəcəyi haqda fikirlər isə birmənalı deyil.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov bildirib ki, dünyanın aparıcı dövlətlərindən sayılan Rusiyanın və ABŞ-ın istər siyasi, istər hərbi, istərsə də iqtisadi proseslərə təsir imkanları olduqca genişdir. Bu mənada, bəhs olunan dövlətlərin rəhbərlərinin görüşü hər zaman diqqətlə izlənilir, nəticələri təhlil olunur. Bu ilin yayında keçirilən görüşə diqqət çəkən millət vəkili bildirib ki, Cenevrədə baş tutan təmas iki dövlət arasında yüksələn fazada olan gərginliyin müəyyən dərəcədə azalmasına səbəb olmuşdu. Məhz bu görüşdən sonra iki ölkənin səfirlərinin yenidən vəzifələrinə qaytarılması barədə razılığa gəlinmişdi. Bundan başqa, iki ölkənin strateji sabitlik və kibertəhlükəsizlik mövzusunda məsləhətləşmələrə başlayacağı da vurğulanmışdı: “Birinci görüşdə də Ukrayna məsələsinə toxunulmuşdu. Bu ölkənin NATO-ya üzvlüyü məsələsi iki dövlət arasında əsas mübarizə və mübahisə predmetlərindən biri sayılır. Rusiya prezidentinin mətbuat katibinin açıqlamasında da bildirilir ki, Ukrayna məsələsi yenidən masa üstünə qayıdır. Fikrimcə, bu dəfə də hansısa bir mühüm irəliləyiş olmayacaq. Ukraynanın Avroatlantika blokuna qoşulması məsələsinə Rusiya tərəfinin münasibəti birmənalıdır. Bunu Rusiyanın prezidenti də dəfələrlə bildirib. Amerika isə regionda yenidən güclənmək üçün bəzi addımlar atmaqda qərarlıdır. Prezident Baydenin dekabrın 9-10-da keçirmək niyyətində olduğu “demokratiya sammiti” də buna misaldır. Təbii ki, digər regional məsələlər də müzakirə obyekti ola bilər”.
Millət vəkili onu da qeyd edib ki, bu ilin sonuna planlaşdırılan görüş həm də 2022-ci il üçün siyasi mənzərənin formalaşmasına “məşq”dir. Yeni dönəmdə iki güc mərkəzi arasında münasibətlərin inkişafında bu görüşün mühüm rolu olacaq.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da Bayden-Putin görüşünün bütün dünya tərəfindən maraqla gözlənildiyini bildirib. Onun sözlərinə görə, müasir beynəlxalq proseslərdə ABŞ-Rusiya münasibətləri mühüm məqamlardandır. Politoloq vurğulayıb ki, bu, digər ölkələr arasındakı münasibətlərə, o cümlədən regional proseslərə əhəmiyyətli təsir göstərir: “Bu görüşdə Ukrayna, Cənubi Qafqaz məsələləri də müzakirə edilə bilər. Bu baxımdan, görüş bizim də diqqət mərkəzimizdədir. Aparılan fikir mübadilələri olduqca əhəmiyyətlidir. Bu dövlətlər arasında münasibətlərin vəziyyətindən asılı olmayaraq, onlar hər zaman ortaq məxrəcə gəlməyi bacarıblar. Bununla yanaşı, Azərbaycan Prezidentinin yürütdüyü siyasət digər region ölkələri başçılarının yürütdüyü siyasətdən öz rasionallığı ilə hər zaman seçilib. Hətta vaxtilə ABŞ ilə Rusiya arasında gərgin mübarizələrin getdiyi bir zamanda Azərbaycan bu ölkələrlə öz maraqları çərçivəsində və balanslı münasibət qurub”.
Müzakirələrdə hər iki ölkə başçısının öz dövlət maraqları çərçivəsindən çıxış edəcəyini deyən Z.Məmmədov bildirib ki, görüşdə Qara dəniz ətrafında baş verən hadisələr, Yaxın Şərq, Əfqanıstan, ABŞ-Çin münasibətləri, bu konteksdə Rusiyanın sərgiləcəyi mövqe də müzakirə edilə bilər: “Düşünürəm ki, onlar hər zaman olduğu kimi, bu dəfə də dil tapmağı bacaracaqlar. ABŞ üçün əsas prioritet Çinlə bağlı məsələsidir. Rəsmi Vaşinqton Rusiyanın bu məsələdə ən azı neytral qalmasını və ya balanslı siyasət yürütməsini istəyir. ABŞ-İran münasibətləri də yeni mərhələyə qədəm qoymaqdadır. Rusiyanın bu məsələdə də davranışı Bayden üçün olduqca əhəmiyyətlidir. Bütün hallarda ABŞ ilə Rusiya dövlət başçılarının görüşü olduqca mühüm əhəmiyyət daşıyacaq”
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

