Ermənistanda artan anti-Rusiya əhvalı - İrəvan şimal dostunu düşmən elan edib
25.11.2021 [10:29]
“Qərbə meyillilik” haradan qaynaqlanır?
Son dövrlər yenidən siyasi gərginliklərin yaşandığı Ermənistanda anti-Rusiya əhvalı gündən-günə artmaqdadır. Qeyd edək ki, hələ 2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə Rusiyanın hərbi dəstəyinə “ümid” bağlayan bu ölkədə gözlədiyini ala bilmədiyi üçün rəsmi Moskvaya qarşı açıq demarşa başlanılmışdı. Əsl reallığı göz ardı edərək, Qarabağın Azərbaycan torpağı olduğunu “unudaraq” KTMT çərçivəsindəki müttəfiqliyə “ümid” bağlayan Ermənistan hakimiyyəti və cəmiyyəti Putin administrasiyasının müharibəyə açıq müdaxilə etməməsini “xəyanət” kimi dəyərləndirmişdi. Artıq bir ildir ki, davam edən bu “əhval-ruhiyyə” bu gün yeni çalarlarla zənginləşir. Belə ki, artıq küçə mitinqlərinə çıxan siyasi tərəflər yeni istinadgahlarının - Qərbin şüar və bayraqlarına, xüsusilə də Baydenin portretlərinə sarılırlar. Özünü Paşinyana “əsas rəqib” kimi dəyərləndirən müxalifət başçıları isə tribunalardan “Rusiya xəyanətlərini” sadalamaqdan çəkinmir, Qərbin “isti qucağında” sığınacaq axtardıqlarını hər fürsətdə nümayiş etdirirlər. Ən maraqlısı isə prosesin artan faza ilə hər gün daha da yüksəlməsidir. Məsələn, noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı keçirilən “minnətdarlıq mitinqi”ndə də hədəf Rusiya olub. Səfirliyə təqdim olunmuş və Con Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağırıblar və Rusiyadan şikayətləniblər.
Müxalifətlə yanaşı, iqtidar komandası da anti-Rusiya əhvalında olduğunu hər addımda büruzə verməkdədir. Ermənistanın müdafiə naziri Karapetyanın öz vəzifəsindən qovulması, o cümlədən Rusiyaya yaxınlığı ilə seçilən digər dövlət rəsmilərinin hədəfə alınması, hətta müxalifətdən olan rusiyapərəstlərin belə repressiyalara məruz qalması əlavə şərhə ehtiyac qoymur. Baş nazir Paşinyan aylardır ki, Rusiyanın Azərbaycanla dialoqu davam etdirmək, 2020-ci il 10 noyabr bəyanatının icrası ilə bağlı qəti addımlar atmaq istəyinə adekvat cavab vermir. Bunun qarşılığında isə Qərb ölkələrinin təşkil etdiyi “toplantılarda”, “sammitlərdə” iştirak edəcəyini bir neçə ay öncədən anons edir. Rusiyanın təşkil etdiyi üçtərəfli görüşlə bağlı fikir bildirməkdən yayınan Paşinyan, Brüssel görüşünün detallarından bəhs edir. Bu isə erməni baş nazirin mövqeyinin üzərinə bir daha işıq salmış olur.
Bu fakt açıq şəkildə Rusiya tərəfindən sezilir və müşahidə olunur. Hətta vaxtilə Ermənistanın dəstəkçisi qismində çıxış edən, Azərbaycana qarşı antikampaniyalar aparan KİV-lər, ekspertlər, siyasi şərhçilər və Duma deputatları belə bu acı reallığı etiraf etmək məcburiyyətində qalıblar. Onlar bu durumu anlamadıqlarını bildirirlər. Ermənistanın bu dönüklüyü Salovyov kimi ermənipərəsti belə “təəccübləndirib”.
Təbii ki, bütün bunlar erməni xislətinin ortaya çıxardığı acı reallıqdır. Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunan, hətta bu dövlətə başçılıq edən şəxslərin qısa müddətdə rəng və yön dəyişməsi, bayraq kimi sağa-sola əsməsi ənənəvi hal kimi qiymətləndirilməlidir. Ohanyanın, Sarkisyanın, Manukyanın timsalında bu fakt növbəti dəfə öz təsdiqini tapır. Dünənə qədər Rusiyanın qapısında “qəbul” gözləyən bu şəxslər, “müxalifət” olan kimi Qərbi özlərinə “xilaskar” elan ediblər. Amma bununla nəsə qazanma ehtimalları olduqca aşağıdır. Əksinə, Ermənistan cəmiyyətinin və siyasi rəhbərliyinin anti-Rusiya əhvalı onlara çox şey itirdəcək.
Sadiq
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52

