“Ukrayna düyünü”nün açılmasında önəmli amil
20.01.2022 [00:58]
Azərbaycan və Türkiyə regional siyasi böhranın aradan qaldırılmasında fəal rol oynayır
Pərviz Sadayoğlu
Bu ilin yanvarında Qərblə Rusiya arasındakı “Ukrayna düyünü” ilə bağlı mühüm siyasi proseslərin baş verməsi, hətta NATO ilə rəsmi Moskva arasındakı dialoq heç nəyi həll etmədi. Belə ki, nə Rusiya, nə də Qərb öz mövqeyindən geri çəkilmək niyyətindədir. Hətta aparılan nəticəsiz danışıqlardan sonra hər iki tərəf yenidən hərbi ritorikaya dönüş edib. Belə demək mümkündürsə, istər NATO, istərsə də Rusiya sanki “danışmağa mövzu qalmadı” mənzərəsini yaradırlar.
Bununla belə, məsələnin dialoq yolu ilə həlli istiqamətində başlanan proses yeni dinamizm qazana bilər. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri, ardından isə yanvarın 18-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı bu ümidləri daha da artırır. Siyasi ekspertlər Azərbaycan Prezidentinin, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Ukraynaya planlaşdırılan səfərinin problemin sülh yolu ilə tənzimlənməsinə töhfə verəcəyinə inanır. Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da təmsil etdiyi ölkənin fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağını deyib. Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri zamanı bu məsələyə toxunaraq bildirib ki, “Rusiyanın Ukraynanı işğal edəcəyini” real yanaşma hesab etmir. Səbəb isə Ukraynanın adi deyil, güclü ölkə olmasıdır. O qeyd edib ki, Rusiya belə bir addım atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə bu gün dünya siyasətinin ən mühüm problemlərindən sayılır. Bu narahatlıq fonunda isə Qərb Rusiya ilə ortaq məxrəc tapmaq, bu problemin aradan qaldırılması üçün konkret həll yolları axtarmaqdadır. Təbii ki, həll prosesində siyasi, iqtisadi və geostrateji maraqlar nəzərə alınmalıdır: “Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Ölkəmizin Rusiya ilə müsbət qonşuluq əlaqələri mövcuddur, əməkdaşlığımız ildən-ilə daha da güclənir. Eləcə də Rusiya Azərbaycanla münasibətlərinə çox ciddi əhəmiyyət verir. Azərbaycan həm də beynəlxalq konvensiyalar çərçivəsində Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu mənada, Ukraynanın da Azərbaycanla əməkdaşlığı davam edir. Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri zamanı hər iki ölkənin münasibətlərin, ən əsası, iqtisadi və siyasi əlaqələrin inkişafında maraqlı olduğunu gördük”.
Ukrayna probleminin həlli ilə bağlı prosesdə iştiraka qərar verən Türkiyənin də regional güc olduğunu diqqətə çatdıran N.Həmzəyevin sözlərinə görə, rəsmi Ankara NATO-da təmsil olunsa da, Rusiya ilə də yaxın əlaqələrə malikdir. “Fikrimcə, Türkiyənin mövcud prosesdə oynayacağı rol çox böyükdür. Xüsusilə, Rəcəb Tayyib Ərdoğanın həm Rusiyaya, həm də Ukraynaya Ankarada görüşməklə bağlı çağırışlar etməsi sevindiricidir. Bu, gələcəkdə baş vermə ehtimalı olan hərbi qarşıdurmanın qarşısını almağa hesablanıb. Türkiyə regionda sülhün qorunub saxlanmasında və bu problemin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlıdır. Həmçinin Türkiyə Rusiya ilə münasibətlərinin də qorunub saxlanılması üçün üzərinə düşən vəzifəni həyata keçirməlidir. Təəssüfləndirici haldır ki, bu münaqişə hər an alovlana bilər. Artıq Qərb ölkələri Ukraynaya müəyyən hərbi yardımlar göstərirlər. Yayılan xəbərlərə görə, Britaniyanın tank hücumundan müdafiə sistemlərinin Ukraynada yerləşdirilməsi üçün hərbi karqo təyyarələri bir neçə səfər həyata keçirib. Əminəm ki, müharibənin, toqquşmanın baş verməsini heç kim istəmir. Türkiyənin addımlarının öz bəhrəsini verəcəyini düşünürəm”, - deyən N.Həmzəyev əlavə edib ki, Ukrayna ilə Rusiya arasında ortaq məxrəcin tapılması üçün zamana ehtiyac var.
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev isə bildirib ki, bir çox ölkələr Ukrayna ətrafında davam edən siyasi proseslərin fəal iştirakçısı qismində çıxış etməkdədir. Onun fikrincə, bəzi dövlətlər münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesində səmimi iştirak edirsə də, bunu bütün dövlətlərə şamil etmək olmaz: “Bəzi dövlətlər bu məsələdən dividend qazanmaq, öz adından bəhs etdirmək istəyir və hətta hansısa ölkənin “yaxın dostu” statusunda çıxış etməyi hədəfləyir. Bu mənada, bəzi dövlətlərin bu prosesdəki iştirakı qeyri-səmimidir. Amma Azərbaycan ilə Türkiyənin problemin nizamlanması prosesinə qatılması olduqca böyük bir hadisədir. Artıq bu problemin həllində Türkiyə və Azərbaycanın potensialından istifadə olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün öncə Ukraynaya işgüzar səfər etməsi, ardından isə Rusiyanın dövlət başçısı ilə telefonla danışması bunun bariz sübutudur. Fikrimcə, ötən ilin dekabrında Brüsseldə keçirilən sammitdə Azərbaycanın prosesdə iştirakı ilə bağlı məsələlər müzakirə olunmuşdu. Azərbaycan bu prosesdə fəal iştirakçıya çevrilməklə çox doğru bir bir addım atmaqdadır”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Ukrayna problemi ilə bağlı zaman-zaman fikirlərini bildirdiyini diqqətə çatdıran R.Nurullayev Türkiyə liderinin həm Ukrayna prezidenti Zelenskini, həm də Rusiyanın dövlət başçısı Putini Ankaraya dəvət etdiyini bildirib. Millət vəkili vurğulayıb ki, baş tutma ehtimalı böyük olan bu görüşdə mühüm müzakirələrin aparılacağı gözlənilir. “Artıq Türkiyə Prezidentinin Kiyevə gözlənilən səfəri ilə bağlı rəsmi məlumat da verildi. Cənab Ərdoğanın bu səfəri Azərbaycan Prezidenti İlham Əliyevin Zelenski ilə apardığı danışıqların davamı olacaq. Çünki Azərbaycan ilə Türkiyə arasında bu və ya digər məsələlər razılaşdırılır və eyni mövqe sərgilənir. Türkiyə - Azərbaycan faktorunun Ukrayna probleminin həllində ciddi rol oynayacağına inanıram. Çünki Rusiya məsələ ilə bağlı Avropadan gələn təklifləri, fikirləri isti qarşılamır. Qərb rəsmi Moskva ilə hədə, tələb formasında danışır. Azərbaycan və Türkiyədən gələn mesajlarda isə hər tərəfin maraqları nəzərə alınır, sətiraltı fikirlər yer almır. İnanıram ki, hər iki prezident Türkiyədə görüşə razılıq verəcək. Bu məsələdə ən dəqiq konturlar cənab Ərdoğanın Kiyev səfərindən sonra bəlli olacaq”, - deyən R.Nurullayev əlavə edib ki, Türkiyənin NATO-nun aparıcı üzvü olması da mühüm faktor kimi çıxış etməkdədir. Bu amil Türkiyənin həm Qərbin mənafelərini, həm də müsbət əməkdaşlıq əlaqələrinə malik Rusiyanın timsalında regionun maraqlarını özündə ehtiva edən danışıqlar prosesi təşkil edə biləcəyinə inamı artırır.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

