İngilis kəşfiyyatı sirləri açır...
07.06.2023 [11:00]
Dron müharibəsi ilə bağlı yeni detallar
Böyük Britaniya kəşfiyyatı ötən ay ərzində Rusiya tərəfindən Ukraynaya atılan İran istehsalı “Şahid” PUA-larının rekord həddə çatdığını açıqlayıb. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bir ay ərzində bu kamikadze təyyarələrin Ukrayna şəhərlərinə etdiyi hücumların sayı 300-ü ötüb. Kəşfiyyat analitiklərinin fikrincə, ruslar bu yolla Ukraynanı hava hücumundan müdafiədə müasir bahalı raketlərdən istifadəyə məcbur etmək, eyni zamanda zenit sistemlərinin yerləşdiyi mövqeləri öyrənmək məqsədi güdürlər.
Britaniya hərbi kəşfiyyatı tərəfindən yayılan açıqlamada qeyd olunur ki, rusların bu taktikası gözlənən nəticəni verməyib. Ötən ay Ukrayna Silahlı Qüvvələri ən azı 90 pilotsuz təyyarəni vurub və ya enişə məcbur edib. Lakin bu özünümüdafiə tədbirləri heç də rusların gözlədiyi kimi son model silahlarla deyil, ruslara yaxşı tanış olan köhnə model müdafiə sistemləri ilə həyata keçirilib.
Hərbi analitiklər hesab edirlər ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinə üstünlük əldə etməyə imkan verməyəcək, çünki rusların hədəfləmə taktikası qeyri-kamildir. Üstəlik, rus ordusu aşkarlanmış hədəfləri belə yüksək dəqiqliklə vura bilmir.
Agent dronlar kimə məxsusdur?
Bu arada CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən xəbər verib ki, Ukrayna Rusiya daxilində Kiyevə rəğbət bəsləyən ruslardan ibarət agentura şəbəkəsi yaradıb və onlara ölkə içində müxtəlif təxribatlar törətmək üçün tapşırıqlar verilib. Bu versiyanın doğruluğuna inansaq, düşünmək olar ki, Moskvaya naməlum dron hücumlarının da arxasında məhz bu şəbəkə dayanır.
Lakin ABŞ kəşfiyyatının sızdırdığı materialda o da qeyd olunur ki, Moskva və Moskva ətrafına sonuncu pilotsuz təyyarə hücumlarının məhz bu şəbəkə tərəfindən, eyni zamanda Rusiya daxilindən həyata keçirilməsi sübuta yetirilməyib. ABŞ kəşfiyyatının hesablamalarına görə, hücumlar Ukrayna istehsalı olan dronlar vasitəsilə olunub. CNN xəbər verir ki, Ukrayna dronların və ehtiyat hissələrinin Rusiya ərazisinə keçirilməsi üçün qaçaqmalçı marşrutlar yaradıb. Lakin bu iddia da hələlik ehtimal olaraq qalır, çünki həmin dronların Rusiyaya necə çatdırıldığı dəqiq bəlli deyil.
Yüksək rütbəli ABŞ rəsmiləri Rusiyaya qarşı məlum dron hücumunu açıq şəkildə pisləməklə hərbi münaqişənin mümkün eskalasiyası barədə xəbərdarlıq ediblər. İkinci variant isə həmin hücumların Rusiya hərbi kəşfiyyatı tərəfindən törədildiyi fikridir. Amerikalı mütəxəssislər bu ehtimalı da nəzərdən keçiriblər. Bəzi ekspertlər Ukraynanın əks-hücum hazırlığı fonunda Rusiya hərbçilərinin öz ərazilərini qorumaq üçün qəsdən təşkil etdikləri düşünülən bu tip “hücum”ları sınaq strategiyası adlandırıblar.
Təxribat, yoxsa həqiqət?
Bu arada Rusiyada anlaşılmaz olay baş verib: Rostov, Belqorod və Voronej vilayətlərində yayımlanan bir neçə radiostansiyanın efirində iyunun 5-də prezident Vladimir Putinin ölkədə hərbi vəziyyət elan etməsi barədə müraciəti yayımlanıb. Bu barədə “7?7” saytı və teleaparıcı Kseniya Sobçakın “Qanlı xanım” (“Krovavaya barınya”) teleqram kanalı məlumat verib. Müraciətin mətni əhali arasında əməlli-başlı təşviş yaradıb. Radioda səslənən müraciətdən sitat: “Ruslar, həmvətənlər, qardaşlar və bacılar! Bu gün səhər saat dörddə NATO blokunun silahlandırdığı Ukrayna qoşunları Vaşinqtonun razılığı və dəstəyi ilə Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazisinə soxulub. Sərhədçilərimiz və silahlı qüvvələrimiz işğalçıların yüksək hazırlıqlı qüvvələrinə layiqli cavab verir. Kursk, Belqorod, Bryansk vilayətlərinin ərazisində mənim fərmanımla hərbi vəziyyət tətbiq olunacaq. Həmçinin bu gün mən ölkə ərazisində ümumi səfərbərlik haqqında da fərman imzalayacağam. Biz təhlükəli və məkrli düşməni məğlub etmək üçün Rusiya Federasiyasının bütün qüvvələrini birləşdirməliyik!”
Hay-küylü müraciətin yayılmasından dərhal sonra
Putinin mətbuat katibi Dmitri Peskov sensasion olaya aydınlıq gətirib. O bildirib ki, yayılan məlumat saxtadır və əhali arasında qorxu yaratmağa hesablanıb. Peskov adı çəkilən radio və internet şəbəkələrinin haker hücumuna məruz qaldığını bildirib.
“Vaqner”çilər rus zabitini girov götürüblər
Bu olayın ardınca yayılan daha bir gərgin məlumat Rusiya ictimaiyyətini silkələyib. Bu dəfə isə “Vaqner” aləmi bir-birinə qatıb. Terrorçu qruplaşmanın lideri Yevgeni Priqojin öz mətbuat xidməti vasitəsilə Rusiya ordusunun polkovnik-leytenantı Roman Venevitini girov götürdüyünü elan edib. Sosial şəbəkələrdə paylaşılan videoda özünü 72-ci diviziyanın komandiri və polkovnik-leytenant kimi təqdim edən hərbçinin burnu sınmış və döyülmüş halda görüntüləri yayılıb. Girov düşməzdən əvvəl zabitin vaqnerçilərin olduğu avtomobilə atəş açdığı bildirilir. Roman Venevitin dediyinə görə, o, bu əməli sərxoş halda törədibmiş. Videodan görünür ki, zabit tabeliyindəki hərbçilərlə birlikdə vaqnerçiləri tərk-silah etmək niyyətində olub.
Rusiya-Ukrayna cəbhəsində son durum
Ukrayna tərəfinin məlumatlarına görə, rusların son günlərdə etdiyi hücumlar uğursuzluqla nəticələnib. Ukrayna ordusu döyüş zonalarındakı əsas yüksəklikləri tuta-tuta irəliləyir. Rusiya tərəfinin Ukraynanın kəşfiyyat qrupuna sızmaq cəhdinin də qarşısı alınıb. Ukrayna Hərbi Hava Qüvvələri düşmən qoşunlarının cəmləşdiyi yerə 15 raket zərbəsi endirib. Hərbi qarnizona 5, silah və hərbi texnikanın cəmləşdiyi əraziyə 2, sursat anbarına 4, zenit-raket kompleksinə və elektron döyüş stansiyasına 4 raket zərbəsi ilə hücumlar təşkil edib. Rusiya ordusuna məxsus 6 kəşfiyyat PUA-sı ələ keçirilib.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin cənubi Donetsk istiqamətində “genişmiqyaslı hücuma” keçdiyini elan edib.
Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ukrayna ordusu məğlubiyyətlə üzləşir və geri çəkilir. Nazirlik bunu da bəyan edib ki, son iki gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 250-dən çox şəxsi heyət, 16 tank, 3 piyada döyüş maşını və 21 zirehli döyüş maşınından ibarət olub.
Ukrayna tərəfi isə Rusiya Müdafiə Nazirliyinin bu məlumatını təkzib edib. Onlar rusların yaydığı bu tip məlumatları yalan və Rusiya əhalisi üçün hesablanmış “sakitləşdirici tüstü” adlandırıblar. “Niyə ruslar əks-hücumla bağlı durmadan məlumat yayırlar? Çünki onlar diqqəti Baxmut istiqamətində uğradıqları ağır məğlubiyyətdən yayındırmaq istəyirlər”, - deyə Ukrayna müdafiə nazirinin köməkçisi Anna Malyar bildirib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

