Kollektiv Qərbin B planı...
03.04.2024 [11:05]
Kiyev geri çəkilir?
Ukrayna Qərb güc mərkəzlərinin geosiyasi maraqlarının qurbanına çevrilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “CBC” telekanalına müsahibəsində bildirib ki, rəsmi Kiyev Rusiya ordusunun dörd vilayət - Luqansk, Donestsk, Zaparoje və Xersondan geri çəkiləcəyi təqdirdə Moskva ilə danışıqlar masasına oturmağa razı olacaq.
Maraqlıdır ki, Zelenski sadaladığı vilayətlər arasında Krımın adını çəkməyib. Görəsən, Ukraynanın dövlət rəhbəri Krımın adını yaddan çıxarıb, yoxsa həqiqətən Krımın itirilməsinə razı olub. Axı, Prezident Volodimir Zelenski dəfələrlə Ukraynanın Krım üzərində suverenliyini bərqərar edəcəyini bəyan edirdi. Axı, Krımsız Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün və sərhədlərinin bərqərar olunması mümkün deyil. Necə oldu ki, Zelenski öz fikrindən döndü?
Gəldiyimiz ilkin qənaətə görə, Zelenski Qərbin təzyiqləri altında Krımın itirilməsinə razı olub. Xüsusilə vurğulayaq ki, son zamanlar Qərb, xüsusilə, ABŞ, Avropa İttifaqı və Almaniya Ukraynanın hərbi-siyasi rəhbərliyini Moskva ilə danışıqlar masasına oturmağa çağırırlar. Qərb, hətta Kiyevə ciddi mesaj da göndərir. Qərbin mesajı budur ki, onlar Rusiya-Ukrayna müharibəsinin davam etməsində və Ukraynaya davamlı şəkildə hərbi və maliyyə yardımı göstərməkdə maraqlı deyillər. İstər Vaşinqton, istər Brüssel, istərsə də Berlin olsun, hər üçü Kiyevə xəbərdarlıq ediblər ki, onlar nə zamansa Ukraynaya dəstəyi dayandıracaqlar.
Ona görə də hesab etmək olar ki, Prezident Volodimir Zelenski Krımın itirilməsi ilə razı olmağa məcbur olub. Zelenski anlayır ki, Qərb Ukraynanı Rusiya ilə müharibədə əvvəl-axır yalnız buraxacaq.
Sözsüz ki, Qərb güc mərkəzləri, ən çox da ABŞ Ukrayna müharibəsi nəticəsində öz istəklərinə və məqsədlərinə nail ola bilib. Vaşinqton Ukraynada öz çirkli siyasi oyunu ilə Rusiyaya qarşı Avropanın bir çox ölkələrindən ibarət siyasi cəbhə formalaşdırıb. Rusiyanı dünyadan təcrid etməyi hədəfləyən ABŞ, bu arada Kiyevi də çevrəyə salmağı bacarıb. Belə ki, Ukrayna iqtisadi cəhətdən tam olaraq Qərbdən asılı vəziyyətə düşüb.
Bundan başqa, Vaşinqton Avropada Rusiya təhlükəsini bəhanə gətirməklə Finlandiya və İsveçi NATO-ya üzv edib və Baltik dənizini NATO-nun daxili sularına çevirib.
Avropa İttifaqı və ona üzv olan ölkələr isə heç nə qazanmadı, əksinə bir çox iqtisadi çətinliklərlə üzləşiblər və onların ağır iqtisadi problemləri artıb. Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən Qərbi Avropa ölkələri, ən çox da Almaniya milyardlarla ölçülən vəsait itiriblər. Bu baxımdan Avropa İttifaqının bir çox üzv ölkələri, xüsusilə Almaniya Ukraynada müharibənin başa çatmasında və Moskva ilə Kiyev arasında atəşkəs sazişinin imzalanmasında maraqlıdırlar. Planlarının daha irəli getməyəcəyini anlayan ABŞ da müharibənin sona çatmasında maraqlıdır. Çünki Rusiyanı çökdürmə üçün B planından istifadəyə start verib. Yəni artıq Ukrayna üzərində cəbhə Qərbə sərf eləmir. B planının tərkib hissəsi isə Rusiyanın cənub və şərq sərhədləridir.
O ki qaldı Rusiyanın Ukraynada nəzarəti altında olan dörd vilayətin taleyinə, Moskva heç vaxt Luqansk, Donetesk, Zaporoje və Xersonu Kiyevə güzəştə getməyəcək. Ukrayna heç vaxt diplomatik-siyasi yolla öz ərazilərini geri qaytara bilməyəcək. Hazırda hərbi yol da mümkün görünmür. Çünki Ukrayna ordusunun əks-hücum əməliyyatları fiaskoya uğrayıb və son zamanlar şərq istiqamətində xeyli sayda ərazilər itirib.
Həmçinin ehtimal olunur ki, Rusiya Ukraynanın Qara dəniz sahillərini, ən əsası da strateji cəhətdən önəmli olan Odessanı ələ keçirmək üçün yaz-ya? aylarında genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirəcək. Belə bir ağır vəziyyətdə Qərb Ukraynanı Rusiyaya qarşısında yalnız buraxmaq niyyətindədir.
Bəzi Qərb politexnoloqlarının fikrincə, yaxın zamanda Qərb güc mərkəzləri, rəsmi Kiyevi dörd vilayətin itirilməsi ilə barışmağa və Moskva ilə danışıqlar masasına oturmağa məcbur edəcək.
Ukrayna ya Qərbin təzyiqlərinə boyun əyməyə məcbur olacaq, ya da daha çox ərazilərini itirəcək. Son ayların hadisələri bir daha təsdiq edir ki, Qərb yalnız öz geosiyasi maraqlarını güdür və öz maraqlarını təmin etmək üçün kiçik ölkələri öz qurbanına çevirir.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

