İspaniyada gənclər arasında öz mənzilinə sahib olanların sayı azalıb
06.10.2025 [20:32]
İspaniyada cəmi iki il ərzində öz mənzilinə sahib olan gənclərin faiz göstəricisi 2023-cü ildəki 35 faizdən bu il 30 faizə düşüb.
AZƏRTAC xəbər verir ki, “Fotocasa Research” tədqiqat şirkəti tərəfindən dünən dərc edilmiş “2025-ci ildə gənclər və mənzil bazarı” adlı hesabatın məlumatına əsasən, bu azalma xüsusilə 25–34 yaş arası gənclər arasında daha qabarıq şəkildə müşahidə olunur. Əmək bazarında ən çox təmsil olunan bu yaş qrupunda mənzil sahibi və ya paylı mülkiyyət hüququna malik olanların payı 38 faizdən 32 faizə enib. 18–24 yaş arası gənclərin isə cəmi 22 faizinin mənzili var.
İspaniya mənzil bazarındakı artım fonunda bu rəqəmlər ciddi narahatlıq doğurur. Bazarda canlanmaya baxmayaraq, gənclərin mənzilə çıxışı ikinci plana keçməkdədir. “Fotocasa” şirkətinin tədqiqat direktoru Mariya Matosun sözlərinə görə, tədqiqatın nəticələri “yeni nəsillərin ilk mənzilə çıxışı ilə bağlı qarşılaşdıqları böyük fərqi” nümayiş etdirir.
Ekspertin fikrincə, “əsas problem ondadır ki, gənclərin əksəriyyəti öz mənzillərinə sahib olmaqla müstəqillik qazanmaq istəsə də, kifayət qədər yığımın olmaması, gələcəyə inamsızlıq və hər şeydən öncə qiymətlərin artması kimi iqtisadi maneələr onların bu məqsədə çatmasını gecikdirir. Hazırda gənclər arasında narazılıq səviyyəsi çox yüksəkdir. Nəticədə bu nəsil gec müstəqillik qazanır və getdikcə daha çox qeyri-müəyyənlik hiss edir”, – deyə o bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40

