ABŞ Prezidentinin Asiya səfəri...
29.10.2025 [09:14]
Donald Tramp səfər zamanı önəmli sazişlər imzalayıb
ABŞ Prezidenti Donald Trampın Asiya səfəri bir sıra məqamlarla yadda qalıb. İlk olaraq, Tramp Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammiti çərçivəsində Kamboca və Tailand arasında sülh sazişi imzalanmasına nail olmaqla növbəti diplomatik uğura imza atıb. Tramp müharibələri dayandırmağı sevdiyini deyib, amma bildirib ki, bunu hobbi adlandırmazdı. “Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm” - deyə, ABŞ lideri qeyd edib. Bununla yanaşı, Donald Tramp Kamboca ilə ticarət sazişi, eləcə də Tailandla zəruri mineral sazişləri imzalayıb.
Malayziya ilə ticarət razılaşmasında nələr var?
Eyni zamanda, ABŞ Malayziya ilə bu ölkənin bazarını Birləşmiş Ştatların ixracına açacaq tarixi ticarət razılaşması barədə razılığa gəlib. Ağ Evin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və Malayziyanın Baş naziri Ənvər İbrahim Kuala-Lumpurda keçirilən görüşdə qarşılıqlı ticarət sazişi imzalayıblar. “Malayziya demək olar, bütün ABŞ ixracatına tarifləri aradan qaldıracaq və ya azaldacaq, ABŞ-ın kənd təsərrüfatı və sənaye malları, xüsusən avtomobillər üçün bərabər və ya güzəştli bazara çıxış təmin edəcək. Malayziya, həmçinin ABŞ ixracatçılarının öz bazarına çıxışını təmin etmək üçün bir sıra tarif maneələrini aradan qaldıracaq”, - deyə məlumatda vurğulanıb. Saziş, həm də Malayziyanın “Petronas” şirkəti ilə çoxillik müqavilələr vasitəsilə ABŞ mayeləşdirilmiş təbii qazının alınması üçün illik 3,4 milyard dollara qədər investisiya, Malayziyada “TNB Fuel” şirkətinə ABŞ kömürünün satışı üçün illik 42,6 milyon dollar, ABŞ-nin 119 milyon dollar dəyərində telekommunikasiya məhsulları və xidmətlərinin alınmasını əhatə edir. Sazişə həmçinin əlavə 30 ədəd “Boeing” təyyarəsinin alınması da daxildir.
Tramp: Vaşinqton Tokiodan çox böyük miqdarda hərbi texnika sifarişi alıb
İki hökumət, həmçinin dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı memorandum imzalayıb. Tramp və İbrahim ikitərəfli münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını elan ediblər. Bunun ikitərəfli əlaqələrdə tarixi irəliləyiş olduğunu bildiriblər.
Qeyd edək ki, Donald Tramp Asiya turu çərçivəsində oktyabrın 27-də Malayziyadan Yaponiyanın paytaxtı Tokioya səfər edib. Oktyabrın 29-dək davam edən səfər çərçivəsində ABŞ lideri Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşüb. Tərəflər Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari məsələləri, o cümlədən Yaponiyanın ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə yatırması planını müzakirə ediblər.
ABŞ Prezidentinin Yaponiya imperatoru Naruhito ilə görüşü Tokionun mərkəzində imperator sarayında keçirilib. Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə isə tərəflər iki ölkə arasında “ittifaqın yeni qızıl dövrü”nə dair sazişlər, həmçinin strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Tramp bildirib ki, Vaşinqton Tokiodan “çox böyük miqdarda” hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, bağlanmış ticarət sazişi “çox ədalətlidir”.Qeyd edək ki, bu görüş Takaiçinin 21 oktyabrda vəzifəyə başlamasından sonra Ağ Ev rəhbəri ilə ilk danışıqları olub.
Sanae Takaiçi Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib
Yaponiyanın Baş naziri Sanae Takaiçi isə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiyini bəyan edib. S.Takaiçi Yaponiyada rəsmi səfərdə olan Trampla ikitərəfli görüş zamanı Birləşmiş Ştatların dövlət başçısını Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Donald Tramp bundan öncə də dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini deyib. Buna baxmayaraq, Nobel Komitəsi oktyabrın 10-da mükafatın Venesuela parlamentinin sabiq üzvü Mariya Korine Maçadoya verildiyini elan edib.
Ümumiyyətlə, Tramp Yaponiyaya səfərini faydalı hesab edib. Bu, onun prezident kimi Yaponiyaya ikinci səfəridir. Tramp, bundan əvvəl birinci prezidentliyi dövründə - 2019-cu ildə Yaponiyada səfərdə olub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40

