Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlk dəfə...

İlk dəfə...

29.10.2025 [10:32]

İqtisadiyyata kredit qoyuluşu 31 milyard manatı ötüb

2025-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi bank və qeyri-bank birlikdə 31 milyard 41,8 milyon manat təşkil edib. Mərkəzi Bankın (MB) məlumatına görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 6 faiz çoxdur. Bank sektorunun balans kapitalı isə 7 milyard 170,2 milyon manat olub. Təkcə sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0,8 faiz, balans kapitalı isə 1,3 faiz böyüyüb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 9,3 faiz və ya 2 milyard 637 milyon manat artıb. Bu dövr ərzində dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 590 milyon manat, özəl banklar tərəfindən 21 milyard 686 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765,5 milyon manat təşkil edib.  Cari ilin yanvar-sentyabr aylarında banklar 910,7 milyon manat xalis mənfəət və 1 milyard 373,2 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Hesabat dövründə banklar tərəfindən, ümumilikdə, 214,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Banklar 250 milyon manata yaxın güzəştli kredit verib

Bankların Biznesin İnkişafı Fondu vasitəsilə sahibkarlara verdiyi güzəştli kreditlərin həcmində də artım qeydə alınıb. 9 ay ərzində A müvəkkil kredit təşkilatları vasitəsilə, ümumilikdə, 4590 layihəyə 249,1 milyon manat güzəştli kredit verilib. Hər layihəyə ayrılan kredit orta hesbala 54 min manat təşkil edib.

Güzəştli kreditlərin sayına görə “Bank Respublika”, “Rabitəbank”, “Yelo Bank”, “AccessBank” və “Kapital Bank” daha öndə dayanır. Belə ki, güzəşti kredit layihələrinin 4 mini və ya 88 faizi bu 5 bankın payına düşüb.

Güzəştli kreditlərin məbləğinə gəlincə isə ilk yerləri “Bank Respublika”, “Kapital Bank”, “PAŞA Bank”, “Yelo Bank” və “Rabitəbank” tutur. Hesabat dövründə verilən bütün güzərtli kreditlərin 158 milyon manatı və ya 3-də 2-si bu bankların payına düşüb.

Problemli kreditlərin məbləği 10  faiz artıb

Məsələ ondadır ki, bankların kreditlərində əhəmiyyətli artım dinamikasının qeydə alınmasına baxmayaraq, problemli kreditlərin həcmində azalmanın qarşısı alınmayıb, əksinə problemli kreditlərin məbləği 10  faiz artaraq 528,1 milyon manat təşkil edib. Problemli kreditlərin həcminə görə, Bakı şəhəri birinci yerdə dayanır. Paytaxda bu kreditlərin həcmi 373,5 milyon manat təşkil edir. Sumqayıt şəhərində problemli kreditlərin məbləği 16 milyon manat, Gəncə şəhərində 13,2 milyon manat, Abşeron rayonunda 8,8 milyon manat, Şəmkirdə 5,1 milyon manat olub. Sonrakı milyon manatlıq problemli kredit portfelində yerlərdə Neftçala, Xaçmaz, Zaqatala, Naxçıvan MR, Tovuz, Lənkəran, Yevlax, Bərdə, Salyan, Şirvan, Cəlilabad, Ağcabədi, Şəki, İmişli, Quba, Qazax, Masallı, Kürdəmir və Göyçay rayonları gəlir. Sonrakı şəhər və rayonlar 1 milyon manatdan aşağı problemli kreditə malik olanlardır. Ən az problemli krediti olanlar Şabran, Oğuz, Yardımlı və Naftalan şəhəridir. Hər birinin cəmi 100 min borcu var.

Bankların aktivləri isə bu dövrdə 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967,8 milyon manat, balans kapitalı isə 7 milyard 170,2 milyon manat təşkil edib. Öhdəliklər ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 417,8 milyon manat, yəni 9,9 faiz, ötən ilin sonuna nəzərən  isə 2 milyard 584,8 milyon manat (5,6 faiz), aylıq müqayisədə isə 372,5 milyon manat artıb. Cəmi öhdəliklərin tərkibində xarici valyutada olan vəsaitlərin məbləği 17 milyard 321,5 milyon manat olub ki, bu da  illik müqayisədə 1 milyard 482,9 milyon manat (9,4 faiz) artım deməkdir.

Əmanət portfeli 36,5 milyard manata çatıb

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Belə ki, bu, cəmi öhdəliklərin 74,7 faizi və ya 36 milyard 587,8 milyon manat həcmində olan hissəsi deməkdir. Depozit portfelinin 58 faizi (21 milyard 210,8 milyon manat) hüquqi şəxslərin, 42 faizi isə (15 milyard 377 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir. Fiziki şəxslərə məxsus əmanətlərin strukturunda milli valyutada olan depozitlərin payı 67,7  faiz (10 milyard 404,8 milyon manat) xarici valyutada olan depozitlərin payı isə 32,3 faiz (4 milyard 972,2 milyon manat) təşkil edib. Əmanət portfelinin 63,2 faizini və ya 9 milyard 720,2 milyon manatı müddətli əmanətlərdir. Fiziki şəxslərin müddətli əmanətləri 1,7 faiz və ya 159,5 milyon manat, tələbli əmanətləri isə 2,4 faiz və ya 131,4 milyon manat artıb.

Kredit kartlarının sayı azalıb

2025-ci ilin ötən 9 ayında banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16 faiz artsa da, kredit kartlarının sayı 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz böyüyüb. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manata  bərabər olub. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi isə ölkədaxili kart əməliyyatlarının 67,4 faizini təşkil edib.

Ümumilikdə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunmaqdadır. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,8 faiz, POS-terminalların sayı 56,5 faiz artımla müşahidə olunmaqdadır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31