Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb

Ağstafada Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb

03.04.2026 [14:03]

03 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə dəyirmi masa keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri girişi sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov Aprel döyüşlərində Lələtəpə, Talış yüksəklikləri və digər bir sıra mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsindən, Azərbaycan əsgərlərinin əfsanəvi qəhrəmanlıqlarından bəhs edib.

Daha sonra çıxış edən natiqlər - Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri Arif Muradov, Ağstafa Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov və I Qarabağ müharibəsi iştirakçısı Alı Mansırov Aprel döyüşlərinin tarixi əhəmiyyəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, 2016-cı il Aprel döyüşlərindən 10 il ötür. Buna baxmayaraq, xalqımız bu döyüşləri heç vaxt unutmayacaq. Aprel döyüşləri hər bir soydaşımızın yaddaşına əbədi həkk olunub. Bu döyüşlər bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrətini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30