Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Banqladeşdə enerji böhranı səbəbindən iş günü qısaldılıb

Banqladeşdə enerji böhranı səbəbindən iş günü qısaldılıb

03.04.2026 [22:17]

Banqladeş hökuməti yanacağa və elektrik enerjisinə qənaət etmək üçün ofislərdə, ticarət mərkəzlərində və bazarlarda iş gününü qısaltmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Nazirlər Kabinetinin katibi Nasimul Qani mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bu gündən etibarən həm dövlət, həm də özəl sektorda iş günü bir saat azaldılacaq. Banklar saat 9:00-dan 15:00-dək, ofislər isə saat 16:00-dək açıq olacaq. Yanacaq və elektrik enerjisinə qənaət məqsədilə bütün bazarlar və ticarət mərkəzləri saat 18:00-da bağlanmalıdır. Yeni qaydalar ərzaq mağazaları, apteklər kimi vacib xidmətlər göstərən müəssisələrə şamil olunmayacaq.

Bundan əlavə, hökumət enerji sektorunda xərclərin 30 faiz azaldılmasını da tapşırıb.

Yerli “The Daily Star” qəzetinin məlumatına əsasən, Banqladeş neft ehtiyacının 95 faizini və qaza olan tələbatının isə 30 faizini idxal hesabına təmin edir. Əsas təchizatçılar arasında Səudiyyə Ərəbistanı və Qətər yer alır. İranın İsrail və ABŞ ilə münaqişəsinin təchizat zəncirini pozması Banqladeşdə də kəskin enerji böhranına səbəb olub.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30