Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlığı gücləndirir

28.04.2026 [09:58]

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”na əsasən, xarici şirkətlərlə rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması nəzərdə tutulur. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının - süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, dünyanın nəhəng texnologiya şirkətlərinin ölkəmizə cəlb edilməsi üçün əlavə tədbirlərin görülməsi planlaşdırılır.

“Microsoft”un süni zəka quruculuğuna töhfəsi

Azərbaycan süni zəka sahəsində ABŞ-ın iri korporasiyaları ilə əməkdaşlığı isə əsas hədəflər sırasında görür. Bu məqsədlə son dövrlərdə Azərbaycan və ABŞ-ın süni intellekt sahəsində ixtisaslaşmış qurumları arasında əməkdaşlıq artmaqdadır. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da bu istiqamətdə müştərək layihələrin icrası yer alıb ki, bu iqtisadi çərçivədə fəal qarşılıqlı təşəbbüslər müşayiət olunur.

Bu günlərdə əldə edilmiş razılaşmaya əsasən, “Haimaker” şirkəti ölkəmizdə süni intellekt sahəsində müvafiq infrastrukturun yaradılmasında davamlı proqramın icrası nəzərdə tutulur. “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le bildirib ki, bu istiqamətdə strateji təkliflər nəzərdən keçirilib, Ələt Azad İqtisadi Zonasında Data mərkəz və bulud platformasının qurulması, rəqəmsal texnologiyaların transferi perspektivləri ilə bağlı anlaşmalar əldə olunub. Əməkdaşlıq planı çərçivəsində tərəflər ABŞ rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri ölkəmizdə tətbiq planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf platformalarının qurulması, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

ABŞ-ın digər texnologiya korporasiyası - “Intel”in vitse-prezidenti Sara Kemp isə bildirib ki, süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanları planlaşdırılır.

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” da Azərbaycanda süni intellekt infrastrukturunun qurulması və genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır. Bu əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək. Platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.

“SpaceX” və “EXIM Bank”ın sərmayə planları

Süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayan Amerikanın nəhəng “SpaceX” şirkəti də qlobal miqyasda dəstəkləyici və investiyayönümlü fəaliyyəti ilə diqqəti cəlb edir. Bu şirkət də texnoilogiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq.

Azərbaycan və ABŞ arasında əldə olunmuş anlaşmaya əsasən, Amerikanın nəhəng maliyyə institutu olan “EXIM Bank” translogistika və innovasiya layihələrinə ölkəmizə maliyyə dəstəyi göstərmək, innovativ alətlərin tətbiqində birgə iştirakçı olmaq niyyətindədir.

Ötən həftə Azərbaycanın “Azerconnect Group” şirkəti və Amerikanın qlobal texnologiya nəhəngi olan “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək. ABŞ şirkəti əməkdaşlıq planı əsasında Azərbaycanda süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılmasını prioritet istiqamətlər müəyyən edib.

Ameriaknın “Apple”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “Lummus Technology” və digər aparıcı şirkətləri də kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində ölkəmizlə  əməkdaşlığa müsbət yanaşır. Ümumilikdə, ABŞ şirkətlərinin Azərbaycanın müasir innovasiyalar sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır.Bütün bunlar Amerikanın inovasiya şirkətlərinin Azərbaycanda regional ekosistem quruculuğunda iştirakını təsdiqləməklə, Bakı-Vaşinqton münasibətlərində yeni iqtisadi mərhələnin başlandığını nümayiş etdirir.

4,4 milyard dollar divident gözləntisi

Azərbaycanda orta və uzunmüddətli dövrün ssenarilərinə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

Respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.

Bu baxımdan ABŞ şirkətləri ilə süni zəka sahəsində mühüm təməllərin yaradılması adıçəkilən sahənin dayanıqlı inkişafı üçün mühüm hesab edilə bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30