Azərbaycan – Ukrayna münasibətlərinin əhəmiyyəti
28.04.2026 [12:31]
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bu səfər zamanı Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat isə əməkdaşlığın həm bu günü, həm də gələcəyi haqqında aydın təsəvvür yaratdı.
Bu bəyanatda ən çox diqqət çəkən məqam Azərbaycanın Ukrayna ilə münasibətlərə verdiyi önəmin açıq şəkildə ifadə olunması idi. Ölkə başçısı çıxışında bildirdi ki, iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanır. Bu isə o deməkdir ki, münasibətlər sadəcə formal deyil, real və səmimi tərəfdaşlıq üzərində qurulub.
Bəyanatda siyasi məsələlərə də toxunuldu və xüsusilə vurğulandı ki, Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe hər iki ölkə üçün çox vacibdir. Çünki müasir dünyada dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı əsas prinsiplərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin bu məsələni xüsusi qeyd etməsi Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini bir daha göstərdi.
İqtisadi əməkdaşlıq məsələləri də çıxışda mühüm yer tutdu. Cənab Prezident qeyd etdi ki, enerji, nəqliyyat və ticarət sahələrində böyük imkanlar var və bu imkanlardan daha səmərəli istifadə olunmalıdır. Azərbaycanın enerji sahəsindəki təcrübəsi və resursları Ukrayna üçün önəmlidir. Eyni zamanda Ukrayna da müxtəlif sahələrdə Azərbaycan üçün faydalı tərəfdaşdır.
Humanitar və mədəni əlaqələr də unudulmamalıdır. Cənab İlham Əliyev xalqlar arasında dostluğun gücləndirilməsinin vacibliyini vurğuladı. Bu da onu göstərir ki, münasibətlər təkcə dövlət səviyyəsində deyil, həm də insanlar arasında inkişaf etməlidir. Təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq bu baxımdan xüsusi rol oynayır.
Ümumilikdə, mən hesab edirəm ki, Cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat çox aydın və məqsədyönlü idi. O, həm mövcud vəziyyəti düzgün qiymətləndirdi, həm də gələcək üçün konkret istiqamətlər göstərdi. Bu bəyanat onu deməyə əsas verir ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər gələcəkdə daha da inkişaf edəcək və daha geniş sahələri əhatə edəcək.
Demək olar ki, bu səfər və səsləndirilən fikirlər iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu isə həm region üçün, həm də ümumilikdə beynəlxalq münasibətlər baxımından müsbət bir haldır.
Sona Əsədova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38

