/ / Rusiya diplomatı: Moskva Cənubi Qafqaz üzrə “3+3” platformasının işinin davam etdirilməsində maraqlıdır
Rusiya diplomatı: Moskva Cənubi Qafqaz üzrə “3+3” platformasının işinin davam etdirilməsində maraqlıdır
12.05.2026 [21:50]
Rusiya Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyətinin “Rusiya-İslam dünyası: Kazan Forumu” XVII Beynəlxalq İqtisadi Forumunda və XXIX Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəyini gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə bildirib. O qeyd edib ki, Rusiya və Azərbaycan ənənəvi olaraq sıx təmas cədvəlini qoruyub saxlayır və hazırda yüksəksəviyyəli səfərlərini həyata keçirilməsi müzakirə olunur.
Mixail Kaluqin xatırladıb ki, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 24-cü iclası aprelin 16-da Zəngilanda keçirilib və bu iclasda ikitərəfli əməkdaşlığın bütün spektri, o cümlədən irimiqyaslı birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Departament direktoru vurğulayıb: “2024-cü il dekabrın 21-də imzalanmış müqaviləyə uyğun olaraq, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Xəzər dənizi boyunca Azərbaycan ərazisi ilə Rusiyadan İrana qədər qərb qolunun inkişafında əməkdaşlığımızı xüsusi vurğulamaq istərdim”.
Diplomatın sözlərinə görə, bu layihə bütün Avrasiya üçün strateji əhəmiyyət kəsb edir və Rusiya-Azərbaycan gündəliyindən çox kənara çıxır.
Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin rəhbəri Moskvanın Cənubi Qafqaz üzrə “3+3” platformasının işinin davam etdirilməsində maraqlı olduğunu təsdiqləyib. “Əlaqələrin davam etdirilməsinə marağımız qalır. Platformanın fəaliyyətinin tezliklə tam bərpa olunmasını səbirsizliklə gözləyirik”, - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən “3+3” formatı bölgə ölkələri arasında regional məsuliyyət prinsipinə əsaslanan əməkdaşlığın mühüm aləti olaraq qalır.
Mixail Kaluqin bildirib: “Məsələ bölücü xətlər çəkmək və ya regiondakı hər hansı bir ölkənin ziyanına işləmək deyil. Yalnız bu əsasda Cənubi Qafqazda təhlükəsizliyi və iqtisadi rifahı, eləcə də həqiqi və davamlı sülhü təmin edə bilərik”.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

