“Yaşıl artım” hədəflərinə doğru...
16.05.2026 [12:21]
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması ekoloji, iqtisadi və sosial prioritetlərə çatmağa imkan verəcək
Prezident İlham Əliyevin imzaladığı “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyə tullantıların idarə edilməsi, (yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirmək həvalə edilib. Bu qərar ölkədə ekoloji standartların tətbiqi və tullantıların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədi daşıyır.
“Təmiz şəhər”in təcrübəsi əsasında
Hazırda Azərbaycan müasir iqtisadi çağırışlara uyğun olaraq sənayenin sürətli inkişafının ətraf mühitə mənfi təsirinin azaldılması və təmiz ətraf mühit prinsipləri əsasında davamlı tədbirlər həyata keçirir. “Azərbaycanın 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əsas hədəflərdən biri “təmiz ətraf mühit və yaşıl artım” prinsipidir. Həmin yanaşma ekoloji tarazlığın qorunması, bərpaolunan enerji mənbələrindən geniş istifadə və “yaşıl texnologiyalar”ın tətbiqi, tullantıların idarə olunması və təkrar emalı sisteminin səmərəliliyinin artırılması və digər məqsədləri nəzərdə tutur. Bu baxımdan tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərə ciddi ehtiyaclar meydana çıxıb.
Qeyd edək ki, hazırda Azərbaycanda tullantıların idarə edilməsi sahəsində əsas fəaliyyət “Təmiz şəhər” ASC tərəfindən həyata keçirilir. Həmin qurum Bakı şəhəri və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasına xidmət edən tədbirlər planınına uyğun olaraq, tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olub. 2009-cu ildən fəaliyyət göstərən bu qurum ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətindəki əldə etdiyi müsbət nəticələr nəzərə alınmaqla, 2021-ci ildən Şuşa şəhərinin ərazisində yaranan bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi də “Təmiz şəhər” həvalə edilib. 2021-ci ilin sonunda isə ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Dövlət başçısının 2022-ci il tarixli fərmanı ilə digər azad ərazilərdə də bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ə tapşırılıb.
Təmiz ətraf mühit və “yaşıl enerji” naminə
Ölkənin digər regionlarında isə məişət tullantılarının idarə olunması sisteminin tətbiqi faktiki olaraq yoxdur, yerli kommunal xidmət müəssəsiləri bu işə vahid və ardıcıl sistem əsasında həyata keçirə bilmir. Ona görə də, tullantıların idarə olunmasında səmərəlilik zənciri pozulur və vahid tənzimləmə sistemi tam ölkə üzrə təmin olunmur.
Təhlillərə görə, 2025-ci ilin statistikasına görə, Azərbaycanda 4,4 milyon ton tullantı yaranıb ki, onun 74 faizi məişət, 26 faizi istehsalat təyinatlıdır. Bu həcmdə tullantı bazasının çeşidlənməsi və idarə olunması vahid koordinasiya tələb edir.
Bu baxımdan yeni yaradılan agentlik bu məsələləri kompleks və vahid bir pəncərə əsasında quracaq. Belə ki, ölkənin digər iri şəhərlərində və rayon mərkəzlərində Balaxanıda mövcud olan çeşidləmə və zərərsizləşdirmə müəssisələrinin infrastrukturlarının qurulması sayəsində tullantıların bütün ölkə boyu eyni standartla toplanması və daşınması təmin olunacaq. Həmin tədbirlər isə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya”sı çərçivəsində həllini tapacaq.
Yeni agentlik hansı faydaları verəcək?
Agentlik tullantıların idarə edilməsində ekoloji funksiyanı həyata keçirməklə yanaşı, iqtisadi və sosial standartların da tətbiqinə nail olacaq. Belə ki, məişət tullantılarının çeşidlənməsi və emalı ekoloji məqsəd daşımaqla yanaşı, plastik və kağız materialların təkrar emalı, üzvi gübrə istehsalı istehsalını təmin edəcək ki, bu da sırf iqtisadi mahiyyət kəsb edir. Eləcə də elektrik enerjisi istehsalı prosesi yaranmış olacaq. Mütəşəkkil idarəetmə sayəsində yüz min hektarlarla torpaq sahəsi qanunsuz və ya köhnə tullantı poliqonlarından təmizlənərək kənd təsərrüfatı və ya digər məqsədlər üçün yenidən istifadəyə veriləcək. Nəticədə aqrar sənaye üçün gübrə istehsalı mənbələrindən birinin yaranması kənd təsərrüfatı sektorunda yerli təminat səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Tullantıların idarə edilməsindən əldə edilən elektrik enerjisi də mühüm resurs deməkdir. 2025-ci ildə ölkədə istehsal olunan elektrik enerjisinin 222,1 milyon kilovat-saat Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda istehsal edilib. Bu, su elektrik stansiyaları və digər bərpaolunan enerji portfelinin təxminən 9-10 faizi deməkdir. Bölgələrdəki şəhər və rayonlarda Balaxanının nümunəsində Bərk Məişət Tullantılarının Yandırılması zavodlarının yaradılması bu sahədən əldə edilən enerjinin gücünün ən azı 4-5 dəfə artmasına səbəb ola bilər. Bu, məişət tullantılarının emalından ildə ən azı 1 milyard kilovat-saat enerji istehsalı deməkdir. Bu isə “yaşıl enerji” prinsiplərinə çatmaqda hədəflənən dövlət strategiyasının icrasında yeni dayanıqlı resurs nöqtəsi deməkdir.
Beləliklə, yeni agentlik tullantıların vahid mərkəzdən idarə olunmasını həyata keçirməklə, ekoloji mühitin sağlamlaşdırılmasında, təmiz ətrah mühit - “yaşıl enerji” və dayanıqlı inkişaf hədəflərinə çatmaqda mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

