Dünyanın Azərbaycana böyük marağı
19.05.2026 [12:22]
Azərbaycanın ev sahibliyi ilə baş tutan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) beynəlxalq səviyyədə böyük maraq var. Bunu qonaqların sayı da təsdiqləyir. Bu günlərdə Prezident İlham Əliyev tədbirdə iştirak etmək üçün respublikamıza təşrif gətirən ayrı-ayrı ölkələrin yüksəksəviyyəli nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.
Dövlətimizin başçısı ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotovanı qəbul edib. Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən son 34 ildə siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı münasibətlər dinamik şəkildə inkişaf edib və gözəl nəticələr əldə olunub. Azərbaycanla Bolqarıstan arasında münasibətlər Prezident İlham Əliyevin 2015-ci ildə bu ölkəyə rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Bu gün Azərbaycan-Bolqarıstan əlaqələri çoxvektorlu səciyyə daşıyır. O cümlədən tərəflər arasında enerji əməkdaşlığı yüksək dinamikaya malikdir. Görüşdə “Həmrəylik Halqası” layihəsinin önəminə xüsusi diqqət çəkilib.
Azərbaycan-Bolqarıstan əlaqələrinin genişlənməsinə Heydər Əliyev Fondu da davamlı töhfələr verir. Görüşdə Prezident İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında baş tutan görüşdə dövlətimizin başçısının bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlanıb. Belqrada səfərin gündəliyi zəngin olub. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib.
İki ölkə arasında enerji əməkdaşlığı artıq nəzərəçarpacaq nəticələrə malikdir. Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı böyük perspektivə malikdir. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edilib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulanıb.
Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Döst ölkə Azərbaycanın işğaldan azad eddilmiş ərazilərinin bərpasına öz töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov arasında baş tutan görüşdə dövlətimizin başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirib və hazırda tikintinin davam etdiyini deyib. Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edəcəyini və layihələrlə yerində tanış olacağını bildirib.
Prezident İlham Əliyevlə Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə ölkələrimiz arasında əlaqələrin dinamik surətdə inkişafından məmnunluq ifadə olunub. Qeyd edək ki, WUF ilk dəfə Keniyada keçirilib. Bu ölkə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi edir. Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə dövlətimizin baaşçısı 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu bildirib. Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu gün Azərbaycanla Pakistan arasında münasibətlərin dərinləşməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərrilir, həm də bunu cəmiyyətlər istəyir. Pakistanda Azərbaycana, respublikamızda isə dost ölkəyə böyük rəğbət var. Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edilib, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulanıb, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycanın “ASAN xidmət” təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edilib. Dövlətimizin başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırıb.
Müstəqil Azərbaycanla BMT-nin ayrı-ayrı strukturları, o cümlədən də Məskunlaşma Proqramı (UN-Habitat) arasında möhkəm əlaqələr qurulub. İndiyədək bu əməkdaşlıq çərçivəsində respublikamızda bir neçə dəfə milli şəhərsalma forumları keçirilib. Dövlətimizin başçısı ilə görüşdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-lə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğulayıb. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxunub. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğulayıb ki, mahiyyət etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.
Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirib və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu deyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

