Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub

Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub

18.05.2026 [23:46]

Türkiyənin Qara dəniz sahili boyunca on vilayətində aramsız yağış və ildırım çaxacağı proqnozlaşdırılır və bununla bağlı “sarı” hava xəbərdarlığı elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya İdarəsi xəbərdarlıq edib.

Meteoroloqlar daşqın, torpaq sürüşməsi və sel ehtimalını istisna etməyiblər.

Qara dənizin Samsun vilayətin rəhbərliyi bu yaxınlarda daşqın nəticəsində xəsarət alan 12 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu arada, Kayseri vilayətində yağan intensiv yağışlar nəticəsində bir neçə mərkəzi məhəlləni su basıb.

Şəhərin kanalizasiya sistemi böyük miqdarda su axınına tab gətirə bilməyib. Nəticədə bəzi qovşaqlar “göllərə” çevrilərək nəqliyyatın hərəkətini pozub.

Kayseri şəhərinin bir çox yerində yeraltı keçidləri su basıb.

Vilayət rəhbərliyi sakinləri qəfil daşqın riski ilə bağlı xəbərdar edib.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31