YAP Tovuz rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub
18.05.2026 [18:00]
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunmuşdur.
Səfərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon təşkilatı aparatının əməkdaşları, ƏPT sədrləri, partiya fəalları, könüllü tələbələr və Vətən müharibəsinin iştirakçıları iştirak etmişdir.
Səfər iştirakçıları Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin Məqbərəsini və İsa bulağını ziyarət etmişlər.
İşğaldan azad olunmuş torpaqlarımıza səfər etmək hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət hissidir. Vətənin bütövlüyü bir xalqın qürurunun, bir millətin isə sarsılmaz gücünün rəmzidir. Qarabağa səfər etmək illərlə hər birimizin ürəyində yaşatdığı ən böyük arzulardan biri idi. Müqəddəs torpaqlarda olmaq, Zəfərin ruhunu hiss etmək, qəhrəman şəhidlərimizin və rəşadətli ordumuzun bizə əmanət etdiyi gözəllikləri görmək sonsuz qürur hissi yaşadır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində xalqımız tarixi Zəfərə imza atmışdır. Bu gün Qarabağda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İştirakçılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda, o cümlədən Ağdamda aparılan yenidənqurma layihələri, Xankəndidə formalaşan yeni inkişaf mühiti və Şuşanın tarixi-mədəni simasının bərpası prosesindəki quruculuq işlərinin sürətlə həyata keçirildiyinin bir daha şahidi oldular.
Bu səfər iştirakçılarda vətənpərvərlik ruhunun daha da güclənməsinə, milli birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermiş və unudulmaz təəssüratlarla yadda qalmışdır.
İştirakçılar bu əlamətdar səfəri onlara bəxş etdiyi üçün partiya rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

