Müstəqilliyimizin tarixi təməli və əbədi yolu
25.05.2026 [11:15]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
28 May Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız əsrlər boyu arzuladığı müstəqilliyə qovuşmuş, Şərqdə ilk demokratik respublikanın əsasını qoymuşdur. Bu tarixi hadisə yalnız Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək qiymətləndirərək deyirdi: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Bu fikir müasir Azərbaycan dövlətinin ideoloji əsaslarını, dövlətçilik ənənələrinin varisliyini və milli müstəqillik düşüncəsinin davamlılığını aydın şəkildə ifadə edir.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlət quruculuğu işləri həyata keçirmişdir. Milli parlament yaradılmış, dövlət atributları qəbul edilmiş, ordu quruculuğuna başlanılmış, milli təhsil və maarifçilik istiqamətində mühüm addımlar atılmışdır. Ən başlıcası isə Azərbaycan xalqının müstəqil yaşamaq əzmi bütün dünyaya nümayiş etdirilmişdir.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”.
Tarix göstərdi ki, xalqımızın azadlıq arzusu heç vaxt sönməmişdir. 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsinə söykənirdi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, siyasi çəkişmələr və xarici təhdidlər dövlətimizin gələcəyini ciddi təhlükə altına salmışdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə sabitlik və inkişafın əsasını qoydu.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, güclü iqtisadi və hərbi potensialın formalaşdırılması müstəqilliyimizin daha da möhkəmləndiyini göstərir. Müstəqil Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir.
28 May – Müstəqillik Günü hər bir azərbaycanlı üçün yalnız tarixi bayram deyil, həm də milli qürur, dövlətçilik və vətənpərvərlik rəmzidir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, müstəqillik böyük nailiyyət olmaqla yanaşı, həm də hər bir vətəndaşın qoruyub gələcək nəsillərə ötürməli olduğu müqəddəs əmanətdir.
Yaşasın müstəqil Azərbaycan!
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

