/ / YAP Xəzər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
YAP Xəzər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
01.06.2026 [19:10]
01 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, sədr müavini Şəfayət Nənəcanov , əməkdaşlar və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarın həyat və fəaliyyət yolundan bəhs edərək onun rayonun ictimai həyatında oynadığı mühüm rolu xüsusi qeyd edib və bildirib ki, Rauf Əliyev uzun illər ərzində dövlətçilik prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və ictimai fəaliyyətin genişləndirilməsinə öz töhfələrini verib.
Çıxış edən Rəhilə Baxşıyeva, Rahilə Abbasova və Zeynəb Əliyeva Rauf Əliyevin yüksək insani keyfiyyətlərindən, zəngin idarəçilik təcrübəsindən, məsuliyyətli və prinsipial mövqeyindən söz açıblar. Qeyd olunub ki, o, hər zaman cəmiyyətə xidmət etməyi fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib, gənclərə örnək olan həyat yolu keçib.
Natiqlər yubilyarın rayonun ictimai işlərində daim fəallıq göstərdiyini, müxtəlif sosial layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini və ictimai həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini vurğulayıblar. Onun fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gənc nəslə nümunə kimi göstərilib.
Tədbir çərçivəsində Rauf Əliyevin həyat və fəaliyyətini əks etdirən xatirələr bölüşülüb, yubiley münasibətilə ona xoş arzular çatdırılıb. Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbir zamanı Rauf Əliyevin rayonun ictimai-siyasi həyatında göstərdiyi səmərəli fəaliyyət və uzunillik xidmətləri yüksək qiymətləndirilərək ona fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.
Sonda Rauf Əliyev göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi və səmimi söhbətlərlə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

