AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB
01.06.2026 [21:23]
1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Ağcabədi şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Gələcəyin qurucuları və memarları” adlı yaradıcılıq festivalı keçirilib.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində təşkil olunan tədbirə qatılan uşaqlar sevincli anlar yaşayıb.
Bayramsayağı bəzədilmiş parkda uşaqların əylənməsi və bacarıqlarını nümayiş etdirməsi üçün hər bir şərait yaradılıb. Parkın müxtəlif guşələrində azyaşlıların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib, onların ifasında musiqi nömrələri, şerlər səsləndirilib və nümunəvi idman çıxışları təqdim edilib.
Festivalın əvvəlində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və rəsmi qonaqlar Ümummili lider Heydər Əliyevin parkdakı büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra müəyyən edilmiş ardıcıllıqla rəsm, idman və əyləncəli oyun guşələri ilə tanış olublar.
Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Nərmin Quliyeva və Heydər Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıblar. Onlar 1 İyun tarixinin 1950-ci ildən başlayaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunmasını qeyd etmiş, dünyanın əksər ölkələrində olduğu kimi, bu günün hər il müstəqil Azərbaycanımızda da yüksək səviyyədə və böyük ruh yüksəkliyi ilə qeyd edildiyini diqqətə çatdırmışlar.
Ağcabədi Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yaradıcılıq festivalı rəsmi olaraq açıq elan edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbirdə çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.O, çıxışında qeyd edib ki, uşaqlara qayğı və onların hüquqlarının qorunması ölkəmizdə həmişə diqqət mərkəzində olmuşdur.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmiş, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il Respublikamızda “Uşaq ili” elan edilmişdir. Sonra rayon rəhbəri YAŞAT Fondu tərəfindən Ağcabədi rayonundan olan şəhid övladlarına bayram münasibətilə göndərilmiş hədiyyələri onlara təqdim edib.
Festivalda həmçinin Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov çıxış edib. O, uşaqları təbrik edib, təhsildə və həyatda uğurlar arzulayıb.
Tədbir uşaqların təqdimatında bir birindən gözəl mahnı və rəqs nömrələri ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

