Enerji təhlükəsizliyi
02.06.2026 [12:53]
Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin və iqtisadi inkişafının əsas amillərindən birinə çevrilib. Xüsusilə qlobal geosiyasi gərginliklərin artdığı, müxtəlif regionlarda münaqişələrin enerji bazarlarına təsir göstərdiyi bir şəraitdə etibarlı enerji təchizatının təmin olunması beynəlxalq gündəliyin prioritet məsələlərindəndir.
İyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji təhlükəsizliyinin əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və regiondakı böhran bir çox ölkələrin enerji təhlükəsizliyinə ciddi təsir göstərir. Belə bir şəraitdə Azərbaycan uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ilə etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.
Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində iri həcmli investisiyalar yatıraraq mühüm infrastruktur layihələri reallaşdırıb. Bu layihələr sırasında Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri xüsusi yer tutur. Həmin layihələr Azərbaycanın enerji resurslarının dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılmasında mühüm rol oynayıb.
Enerji əməkdaşlığının yeni mərhələsini isə Cənub Qaz Dəhlizi təşkil edir. Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrini özündə birləşdirən bu nəhəng enerji infrastrukturu 3500 kilometr uzunluğunda vahid boru kəməri sistemidir. Müxtəlif coğrafi və texniki çətinliklərə baxmayaraq, uğurla həyata keçirilən bu layihə hazırda Avropa və region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihələr təkcə ölkəmizin iqtisadi gücünü artırmır, eyni zamanda beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycanın enerji siyasəti qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır. Məhz bunun nəticəsidir ki, ölkəmiz qlobal enerji bazarında mühüm aktorlardan biri kimi çıxış edir və enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusunu qoruyub saxlayır.
Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası, reallaşdırdığı beynəlxalq əhəmiyyətli layihələr və tərəfdaş ölkələrlə qurduğu səmərəli əməkdaşlıq enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu siyasət həm ölkəmizin milli maraqlarının qorunmasına, həm də regional və qlobal enerji sabitliyinin təmin olunmasına mühüm töhfə verir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

