Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ
03.06.2026 [16:17]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanın enerji strategiyasının uğurları və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr 2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31-ci “Baku Energy Forum”un açılışında etdiyi proqram xarakterli çıxışında ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətləri, beynəlxalq tərəfdaşlıq modelini və gələcəyə hesablanmış strateji hədəflərini geniş şəkildə təqdim etdi.
Prezident İlham Əliyev vurğuladı ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini formalaşdırıb. Bu təşəbbüs zaman keçdikcə daha da genişlənərək dünyanın nüfuzlu enerji platformalarından biri olan Bakı Enerji Həftəsinə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Bakı qlobal enerji gündəliyinin müzakirə olunduğu mühüm mərkəzlərdən biri kimi çıxış edir.
Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi qazandığı beynəlxalq nüfuz xüsusi vurğulandı. Ölkəmiz təkcə enerji resurslarının istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verən məsuliyyətli dövlətdir. Son illər Avropanın enerji xəritəsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb və Azərbaycan qazı bir çox ölkələrin enerji təhlükəsizliyinin vacib elementinə çevrilib.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də yaşıl enerji sahəsində həyata keçirilən layihələr oldu. Dövlət başçısı Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istiqamətində də böyük potensiala malik olduğunu bildirdi. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, həmçinin yaşıl enerji dəhlizlərinin yaradılması ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanğıcını nümayiş etdirir.
Bakı Enerji Həftəsinə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, enerji şirkətlərinin rəhbərlərinin və beynəlxalq ekspertlərin qatılması Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin göstəricisidir. ABŞ, Türkiyə və Böyük Britaniya rəhbərlərinin tədbirə ünvanladıqları müraciətlər də Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan enerji siyasətində yalnız bu günün deyil, gələcəyin çağırışlarını da nəzərə alır. Ölkəmiz ənənəvi enerji resursları ilə yaşıl enerji imkanlarını uğurla uzlaşdıraraq regionda və dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə davam edir. Bu baxımdan Bakı Enerji Həftəsi təkcə beynəlxalq tədbir deyil, həm də Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun və strateji baxışının nümayiş olunduğu mühüm platformadır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların, beynəlxalq tərəfdaşlıq siyasətinin və dayanıqlı inkişaf strategiyasının məntiqi ifadəsi olmaqla yanaşı, ölkəmizin qlobal enerji təhlükəsizliyində aparıcı rolunu bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02

