Kinomuzun öz dili yoxdur
06.06.2026 [08:59]
Fikirləşib bu dili tapmaq lazımdır.
Fikirləşmək üçün yazılı və şifahi irsimiz OXUNMALIDIR. Necə oxunma və necə oxut(dur)ma məsələsi hələ də sualdır. Bəlkə təhsilin, elmin, mühitin, Mədəniyyət-2040 konsepsiyasının qarşısında duran ev tapşırığıdır?
Çətin və həyati əhəmiyyətli məsələdir. Çünki kinonun sehri hələ də mədəniyyətə, ideologiyaya öz təsir gücünü itirməyib. Bir vaxtlar, guya Ədəbiyyatın yerini tutacaqdı, olmadı, amma özünə yer elədi. Fəqət, Hollivud dövri-məzhəkəsi göstərdi ki, əsl kino “müəllif kinosu”dur. Ortaya ekran əsəri çıxarmaq üçün də Müəllif olmalıdır. Mədəniyyətimiz belə müəllifləri qaranlıqda şam işığı ilə axtarmaqdadır. Tapılmasa, özünü göstərə bilməsə, Tarkovski, Stanislavski, Nuri Bilgə Ceylan və digər bu kimi məşhuri-cahan adlara heyranlıq yolunda yamsılamaların davam etdirilməsi labüddür...
Yamsılama dil tapmaq deyil. Bənzətmə, təsirlənmə, öyrənmə və tətbiqetmə də yaxşıdır, amma o da dil tapmaq sayılmır. Kinomuz bu yamsılama əsasları üzərində qurulub - yaxşı nümunələrlə zəngindir, di gəl, öz dili yoxdur. Ona görə ki, Dil identikdir və bu özünəməxsusluq mədəniyyətimizin təməl qatındadır, üzə çıxmaq üçün vaxtını gözləyir. Qayda isə belədir: kim nə deyir desin, kinonun dili içəridə axtarılmalıdır, Biləcəridən o yandakılar yad dillərdədir, heç vaxt bizimki olmayacaq...
Biz də eyni smart telefonla “Tiktok çəkirik”, onlar da. Nəticə çox fərqlidir. Mənzərədən tutmuş şərhlərə, klimat və mədəni atmosferədək tamam başqa dünyalardır. Gələcəkdə kinonu da Ədəbiyyat kimi Sİ (Süni İntellekt) “yazacaq”. Bircə identik dil tapmaq məsələsi olmayacaq. O dil ki, ilanı yuvasından çıxara, ruhu göylərə qaldıra bilər. Bəlkə, gənc rejissorlarımız irsimizi əxz etməlidir? Ədəbiyyatımızı sevməlidir?
Lakin irsi əxz edib sevmək kifayət deyil. Ədəbiyyatı da çox sevsə, gənc rejissor ədəbi irsin inteqral təsirinə necə düşərsə, elə bilər dünya ancaq Füzulidən, ya da “Yanıq Kərəm”dən ibarətdir. Halbu ki, mədəniyyət şifrələrimiz daha dərindədir. Onu tapmaq üçün təkcə irsəheyranlıq, irsəsədaqət, təəssübkeşlik və digər bu kimi “eqosentrik” çəhdlər dadımıza çatmayacaq.
OXUNMALI olanı necə tapmaq, kimə və necə oxut(dur)maq - budur sual. Mədəniyyət-2040 konsepsiyasının bətnində yerləşdirilməli hüceyrələrdən biri də bu olmalıdır, bəlkə?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

