Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə Qardaşlığının Müttəfiqlik Zirvəsi
11.06.2026 [18:58]
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini daha yüksək səviyyəyə qaldıraraq müttəfiqlik mərhələsinə yüksəltmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında tarixən formalaşmış dostluq, qardaşlıq və həmrəylik münasibətlərinin hüquqi-siyasi təsdiqi kimi mühüm əhəmiyyət daşıyır. Bəyannamədə iki dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasına qarşılıqlı dəstək ifadə olunur. Sənəd regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.
Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Sənəddə qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz olduğu halda, birgə məsləhətləşmələr aparılacaq və zəruri tədbirlər görüləcəkdir. Bu müddəa Azərbaycan–Türkiyə münasibətlərinin strateji xarakterini və qardaşlıq bağlarının gücünü bir daha nümayiş etdirir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlıq baxımından da geniş perspektivlər açır. Ticarət dövriyyəsinin artırılması, enerji layihələrinin inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi və yeni investisiya imkanlarının yaradılması sənədin mühüm istiqamətləri sırasındadır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat marşrutlarının genişlənməsinə mühüm töhfə verə bilər.
Sənəddə humanitar, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinə də xüsusi yer ayrılmışdır. Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olduqlarından bu istiqamətdə həyata keçirilən layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Şuşa Bəyannaməsinin məhz Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Şuşanın azad olunması ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Məhz bu şəhərdə imzalanan Bəyannamə regionda yaranmış yeni reallıqların və Azərbaycan-Türkiyə birliyinin təntənəsinin ifadəsinə çevrilmişdir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin inkişafında mühüm yol xəritəsi rolunu oynayır. Sənəd iki qardaş dövlət arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, türk dünyasının birliyinin möhkəmlənməsinə və regionda uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verir. Şuşa Bəyannaməsi bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi əsasında gələcəyə inamla addımlayan, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənən qardaş ölkələrdir. Bu tarixi sənəd xalqlarımızın birliyinin, dövlətlərimizin gücünün və ortaq gələcək hədəflərinin parlaq ifadəsi kimi tarixdə əbədi yaşayacaqdır.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

